Masallıda 21 velosipedçi cərimələndi

Masallıda 21 velosipedçi cərimələndi
  • Sosial / Manşet

  • Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reyd keçirib.

    Asiya.az
    xəbər verir ki, DİN-in mətbuat xidmətinin verilən məlumata görə, keçirilən reyd zamanı avtomobil yollarında hərəkət edərək, qəza şəraiti yaradan velosipedçilər saxlanılıb. Onlarla profilaktik söhbətlər aparılıb və bu formada hərəkət etmələrinin həm özləri, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəli olduğu bildirilib.

    Qaydalara əməl etməyən 21 velosipedçi barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, cərimə protokolları tərtib olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər