“Azərsu” sədrinin oğlu ilə bağlı iddia - Əkin sahələri, badam bağları və itən su

“Azərsu” sədrinin oğlu ilə bağlı iddia - Əkin sahələri, badam bağları və itən su
  • Cəmiyyət

  • Araşdırmaçı-jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında "Su hara gedir, niyə itir" sualının cavabı” adlı yazı paylaşıb.

    Asiya.az
    Azərsu sədri Qorxmaz Hüseynovun oğlu Araz Hüseynlinin qeyri-qanuni əməllərini ifşa edən jurnalistin paylaşmasını oxucularına təqdim edir:


    "Azərsu" ASC sədri Qorxmaz Hüseynovun oğlu Araz Hüseynli Füzuli rayonunun Haramı ərazisində 2700 hektar ərazini ələ keçirib. 20 ildən bəri o torpaqlar üzərində sahiblik hüququ olan sahibkarların səslərini eşidən belə olmayıb, icra başçısı həmin əraziləri öz marağından və kefindən o adamların əlindən alıb Natural Aqro MMC-yə verib.

    Heç kimdən və heç nədən qorxmayan Qorxmaz əfəndi "Azərsu"nun resurslarını oğlunun təsərrüfatlarında bütün gərəkli infrastrukturları yaratmağa səfərbər edib, yeraltı su boruları çəkdirib, müasir pivot suvarma sistemi quraşdırıb, nasosxana və hidratlar qurdurub, Yuxarı Mil kanalının suyunu Haramı düzünə - oğlunun əkin sahələrinə və badam bağlarına yönəldib.”

    “Azərsu” sədrinin oğlu ilə bağlı iddia - Əkin sahələri, badam bağları və itən su
    “Azərsu” sədrinin oğlu ilə bağlı iddia - Əkin sahələri, badam bağları və itən su
    PAYLAŞ:

    Oxşar xəbərlər