Məşhur aparıcıya nazirlikdə vəzifə verildi

Məşhur aparıcıya nazirlikdə vəzifə verildi
  • Cəmiyyət

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub.

    Asiya.az
    xəbər verir ki, nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə Murad Həşimov təyin olunub. Bu barədə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb.

    Qeyd edək ki, Murad daha əvvəl "Mədəniyyət” kanalında "Xəbərlər”, "İnterAz” televiziyasında "Səhər xəbərləri” proqramlarının, "Araz” FM radiosunda "Səhər” buraxılışının aparıcısı işləyib. Son təyinata qədər isə ARB TV-də "Yaşamaq Gözəldir" və "Günə Doğru" proqramlarının aparıcısı idi.

    Ötən il televiziya sahəsində fəaliyyətinə görə dövlət başçısı tərəfindən "Tərəqqi” medalı ilə təltif olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər