Çempionlar Liqası: 1/4 final mərhələsinin ilk oyunu keçiriləcək

Çempionlar Liqası: 1/4 final mərhələsinin ilk oyunu keçiriləcək
  • İdman

  • Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

    Asiya.az
    -ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Yeganə matçdan ibarət olacaq 1/4 finalın ilk duelində İtaliya "Atalanta"sı Fransa çempionu PSJ ilə üz-üzə gələcək.

    Qarşılaşma Portuqaliyanın Lissabon şəhərindəki "Estadio da Luş" stadionunda gerçəkləşəcək. Görüşün baş hakimi ingiltərəli Entoni Teylor olacaq. Qalib komanda yarımfinalda Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya) duelinin güclüsü ilə qarşılaşacaq.

    Çempionlar Liqası, 1/4 final
    23:00. "Atalanta" (İtaliya) – PSJ (Fransa)
    Baş hakim: Entoni Teylor (İngiltərə)
    Portuqaiya, Lissabon. "Estadio da Luş" stadionu
    PAYLAŞ:

    Oxşar xəbərlər