Məşhurlar əslən HARDANDIRLAR? - SİYAHI+FOTO

Məşhurlar əslən HARDANDIRLAR? - SİYAHI+FOTO
  • Mədəniyyət

  • Azərbaycanda bir sıra sənət adamlar var ki, onlar nə qədər qəribə görünsə də, təxəllüs kimi götürdükləri bölgədən deyillər. Məsələn, məşhur meyxanaçı Namiq Qaraçuxurlu, müğənni Şəbnəm Tovuzlu və sair.

    Asiya.az xəbər verir ki, "Ölkə.Az" sözügedən sənətçilərin bir qrupunu əslən hansı bölgədən olduğunu araşdırıb.

    Meyxanaçı Namiq Qaraçuxurlu əslən Göyçay rayonundandır. Sadəcə, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində böyüdüyünə görə özünə "Qaraçuxurlu" təxəllüsünü götürüb.

    Məşhurlar əslən HARDANDIRLAR? - SİYAHI+FOTO

    Daha bir meyxanaçı Orxan Lökbatanlı da əslən başqa bölgədəndir. O, bu barədə qonaq olduğu verilişlərdən birində də deyib ki, İmişlidəndir.

    Məşhurlar əslən HARDANDIRLAR? - SİYAHI+FOTO

    Digər bir söz ustadı da təxəllüsündən fərqli olaraq, başqa bölgəni təmsil edir. Əhmədli meyxana məktəbinin yaradıcısı kimi tanınan Mehman Əhmədli Şəki rayonundandır.

    Məşhurlar əslən HARDANDIRLAR? - SİYAHI+FOTO

    Namiq Məna (Coratlı) kimi məşhurluq qazanan meyxanaçı isə əslən Qubadlı rayonundandır.

    Məşhurlar əslən HARDANDIRLAR? - SİYAHI+FOTO

    Meyxanaçı Rəşad Dağlı Xızı rayonunda anadan olub.

    Məşhurlar əslən HARDANDIRLAR? - SİYAHI+FOTO

    Xuraman Şuşalı əslən Xankəndi şəhərindəndir.

    Məşhurlar əslən HARDANDIRLAR? - SİYAHI+FOTO

    Müğənni Şəbnəm Tovuzlu da əslində başqa bölgəmizdəndir. Belə ki, o, Tovuz rayonunda böyüsə də, valideynləri Cəlilabaddandır.

    Məşhurlar əslən HARDANDIRLAR? - SİYAHI+FOTO

    Tanınmış aktyor, əməkdar artist Bəhram Bağırzadəni bir çoxları bakılı kimi tanıyır. Ancaq o, Bakıdan yox, Şamaxındandır.

    Məşhurlar əslən HARDANDIRLAR? - SİYAHI+FOTO

    Əməkdar artist Ədalat Şükürov Sumqayıt şəhərində anadan olub. Ancaq sənətçi əslən Qazax rayonundandır.

    Məşhurlar əslən HARDANDIRLAR? - SİYAHI+FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər