Ağcabədi Məhkəməsinin sədiri Sulduz Lazımov 9 yaşlı körpəni çıxardığı qərarla küçədə qoydu? - VİDEO

Ağcabədi Məhkəməsinin sədiri Sulduz Lazımov 9 yaşlı körpəni çıxardığı qərarla küçədə qoydu? - VİDEO
  • Sosial / Araşdırma / Asiya TV

  • Reyhan Yusif qızı Ağcabədi rayon Məhkəməsinin sədiri Sulduz Lazımovdan şikayətçidir.

    Asiya.az
    xəbər verir ki, youtubedə yayımlanan Media TV-yə danışan qadın bildirib ki, S.Lazımov haqsız qərar çıxarıb.

    R.Fərhadova onuda bildirir ki, kürəkəni ilə mərhum qızı arasında yaranan ailə probleminə görə onu xəstəxanada atıb getmişdir, sonradan qızı ankaloji xəstəlikdən dünyasını dəyişmişdir.
    Kürəkən öz qızına sahib çıxmadığı üçün R.Fərhadova öz nəvəsini qəyyumluğa götürdüyünü deyir və bildirir ki, onlar məcburi köçkün olduğu üçün Ağcabədi şəhərində köçkünlər şəhərciyində mənzillə təmin olunublar.

    Şuşa rayonundan məcburi köçkün düşmüş R.Fərhadova bildirir ki, Ağcabədi rayon Məhkəməsinin sədiri Sulduz Lazımov doğru qərar çıxartmayıb. Onun çıxardığı qərara görə 9 yaşlı nəvəsi Allahverdiyeva Nülufər Elgün qızı küçəyə atılacaq!

    Qadının bildirdiyinə görə, kürəkəni Elgün şizofrenya xəstəsidir, onunla birlikdə 9 yaşlı uşağın yaşaması çox qorxuludur.
    PAYLAŞ:

    Oxşar xəbərlər