Azərbaycanlı kriminal avtoritet öldürüldü

Azərbaycanlı kriminal avtoritet öldürüldü
  • Hadisə

  • Hadisəni törətməkdə şübhəli bilinənlər arasında Azərbaycan vətəndaşı da var.

    Asiya.az
    report-a istinadla xəbər verir ki, Ukrayna paytaxtı Kiyevin Desnyanskiy rayonunda kriminal aləmdə "Maqa" ləqəbi ilə tanınan, Azərbaycan vətəndaşı, 1994-cü il təvəllüdlü, əslən Bakıdan olan Hüseynov Məhərrəm İzzət oğlu öldürülüb.

    Hadisə rayon ərazisindəki bazarların biri ilə bağlı mübahisə zəminində baş verib.

    Artıq Desnyanskiy rayon polisi hadisəni törətməkdə şübhəli bilinən 4 nəfəri saxlayıb və rayon məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
    Saxlanılanlar arasında Azərbaycan vətəndaşı, 1991-ci il təvəllüdlü, əslən Astara rayonundan olan Ağayev Cavid adlı azərbaycanlı da var.
    PAYLAŞ:

    Oxşar xəbərlər