Avropa Liqası: Bu gün növbəti finalçı müəyyənləşəcək

Avropa Liqası: Bu gün növbəti finalçı müəyyənləşəcək
  • İdman

  • Bu gün UEFA Avropa Liqasında növbəti yarımfinal görüşü keçiriləcək.

    Asiya.az
    "Report"un məlumatına istinadən xəbər verir ki, Almaniyanın Düsseldorf şəhərindəki eyniadlı arenada İtaliya "İnter"i ilə Ukrayna "Şaxtyor"u qarşılaşacaq. Bakı vaxtı ilə saat 23:00-da başlanacaq oyunu polşalı referi Şimon Martsinyak idarə edəcək.

    Qeyd edək ki, bu görüşün qalibi finalda İspaniya "Sevilya"sı ilə üz-üzə gələcək. "Sevilya" yarımfinalda İngiltərə "Mançester Yunayted"ini üstələyib - 2:1. Həlledici qarşılaşma avqustun 21-də Kölndə olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər