Millət vəkilləri tanınmış aktyoru qəbul etdi - FOTO

Millət vəkilləri tanınmış aktyoru qəbul etdi - FOTO
  • SƏNƏT

  • Millət vəkili Qənirə Paşayeva tanınmış aktyor Allahverdi Yolçuyevi Mədəniyyət Komitəsində qəbul edib.

    Bu barədə Asiya.az-a məlumat verən millət vəkili bildirib ki, “aktyorun qarşıdan gələn ad gününü (avqustun 20-i) təbrik etdik, yeni sənət uğurları arzuladıq, qayğıları ilə maraqlandıq. Artıq Mədəniyyət Nazirliyi və bir sıra digər qurumlarla tanınmış aktyor Allahverdi Yolçuyevin qayğı və problemləri, səhhəti ilə bağlı danışmışıq və ümidvarıq ki, uzun illərdir sənət aləmində olan tanınmış aktyorun qayğıları diqqətdə saxlanılacaq”.

    Millət vəkili daha sonra bildirib ki, “Görüşdə millət vəkili həmkarımız Məşhur Məmmədov da iştirak edirdi və tanınmış aktyorumuz Allahverdi Yolçuyevə hər zaman yanınızdayıq dedi, uğurlar dilədi. Biz də bir daha Allahverdi müəllimə can sağlığı, yaradıcılıq fəaliyyətində bundan sonra da uğurlar arzu edirik”.
    Millət vəkilləri tanınmış aktyoru qəbul etdi - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər