Heroin satan qadın iş başında yaxalanıb

Heroin satan qadın iş başında yaxalanıb
  • Hadisə

  • Bakı şəhərinin Binəqədi rayonunda narkotik alveri ilə məşğul olan qadın yaxalanıb.

    Asiya.az
    xəbər verir ki, daxil olan əməliyyat məlumatı əsasında Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşları rayon ərazisində keçirdikləri əməliyyat zamanı Binəqədi rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 178-ci(dələduzluq) maddəsilə məhkum olunmuş, 1985-c il təvəllüdlü Firuzə Mənsimovanı saxlayıb.

    Üzərinə baxış keçirilərkən ondan 0,213 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər