Şəhid Anar Novruzovun 40 mərasimi keçirildi – VİDEO/FOTOLAR

Şəhid Anar Novruzovun 40 mərasimi keçirildi – VİDEO/FOTOLAR
  • Araşdırma / Cəmiyyət / Asiya TV

  • Bu gün Ermənilərin Tovuz rayonu istiqamətində 12-16 iyul tarixlərində törətdikləri hərbi təxribatlardan 40 gün ötür.

    Asiya.az
    xəbər verir ki, Azərbaycan tərəfi düşmənin xain hücumuna cavab verərkən Ermənistanın yüzə yaxın canlı qüvvəsini, çoxsaylı hərbi texnikasını məhv etdi.
    Azərbaycan tərəfdən bu döyüşlərdə 11 hərbçi şəhid, 1 mülki vətəndaş həlak oldu.
    Bu gün 12 evdə torpaqlarımız uğrunda canından keçən qəhrəman övladlarımızın 40 mərasimi keçirilir. Onların arasında Masallı rayonundan şəhid mayor Anar Novruzov da var.

    Bu gün səhər saatlarından başlayaraq Şəhid mayor Anar Novruzovun Masallı rayonu, Ərkivan qəsəbəsində olan məzarı ziyarət edilir.

    Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov, İcra hakimiyyəti başçısı aparatının əməkdaşları, Millət vəkilləri Məşhur MəmmədovAnar İsgəndərov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları və sakinlər şəhid mayor Anar Novruzovun məzarını ziyarət edib, xatirəsini hörmətlə anıb, məzarı üzərinə tər gül dəstələri düzərək ruhuna dualar etdilər.

    Şəhidin döyüş yoldaşları, Qarabağ qaziləri şəhid haqqında öz xatirələrini danışıb, məktəblilər şəhidin məzarı önünüdə ədəbi-bədii kompozisiya nümayiş etdiriliblər.

    Şəhid Anar Novruzovun 40 mərasimi keçirildi – VİDEO/FOTOLAR
    Şəhid Anar Novruzovun 40 mərasimi keçirildi – VİDEO/FOTOLAR
    Şəhid Anar Novruzovun 40 mərasimi keçirildi – VİDEO/FOTOLAR
    Şəhid Anar Novruzovun 40 mərasimi keçirildi – VİDEO/FOTOLAR
    Şəhid Anar Novruzovun 40 mərasimi keçirildi – VİDEO/FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər