Ramiz Mehdiyevin nəvəsinin toyunda yüksək vəzifəli generallar da iştirak edib

Ramiz Mehdiyevin nəvəsinin toyunda yüksək vəzifəli generallar da iştirak edib
  • Araşdırma / Cəmiyyət

  • Mehdiyevin nəvəsinin şadlıq məclisində adları mediada yayılan tanınmışlardan əlavə, başqa vəzifəli şəxslər də olub.

    Asiya.az
    -ın əldə etdiyi məlumata görə, mərasimdə generallar da iştirak edib. Məclisin qonaqları olmuş generalların sırasında Telman MehdiyevRəfael Mehdiyevin adları çəkilir.

    Ramiz Mehdiyevin nəvəsinin toyunda yüksək vəzifəli generallar da iştirak edib
    Telman Mehdiyev

    "Telman Mehdiyev Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin rəisidir. O , eyni zamanda Ramiz Mehdiyevin qardaşı oğludur. Rəfael Mehdiyev isə ədliyyə generalıdır, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə rəhbərlik edir. O da Ramiz Mehdiyevin qohumudur",- deyə mənbə bildirib.

    Ramiz Mehdiyevin nəvəsinin toyunda yüksək vəzifəli generallar da iştirak edib
    Rafael Mehdiyev

    R.Mehdiyevin nəvəsi Fidan ƏliyevaSəid Mustafayevin şadlıq məclisi avqustun 18-də Novxanıda bağ evində baş tutub. Evin sahibi isə Fidan Əliyevanın atası, keçmiş deputat İlham Əliyevdir.
    Ramiz Mehdiyevin nəvəsinin toyunda yüksək vəzifəli generallar da iştirak edib
    İlhаm Əliyev
    Şadlıq məclisi ilə bağlı videogörüntülər sosial mediada yayılandan sonra hər iki gəncin ataları - həm İlham Əliyev, həm də qudası Rövşən Mustafayevə avqustun 23-də 15 sutka inzibati həbs cəzası verilib.

    Eyni səbəbdən məclisdə iştirak edən tanınmış qonaqlar, musiqiçilər də cərimələnib. Onların arasında Bakı Dövlət Universitetinin keçmiş rektoru, hazırda isə üzvi kimya kafedrasının müdiri olan Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Filarmoniyanın direktoru Murad Adıgözəlzadə, onun müğənni həyat yoldaşı Aysel Teymurzadə, deputat Siyavuş Novruzov və xanımı, Ombudsman Səbinə Əliyeva da var.
    PAYLAŞ:

    Oxşar xəbərlər