İctimai Televiziyadan icra başçılığına - Biləsuvarın yeni icra başçısı kimdir?

İctimai Televiziyadan icra başçılığına - Biləsuvarın yeni icra başçısı kimdir?
  • Araşdırma / Cəmiyyət

  • Xəbər verdiyimiz kimi, Faiq Akif oğlu Qürbətov Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    Asiya.az
    xəbər verir ki, yeni icra başçısı Faiq Qürbətov uzun illər gənclər sektorunda çalışıb.

    O Gənclər Fondunda məsul vəzifədə işləyib.

    Faiq Qürbətovun son işi isə İctimai Televiziya olub. O İTV-nin mərkəzi aparatının rəhbəri vəzifəsində çalışıb.

    Qeyd edək ki, Faiq Qürbətov 2016-cı ildə gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər