Lukaşenko vertolyotdan əlində avtomatla düşdü - VİDEO

Lukaşenko vertolyotdan əlində avtomatla düşdü - VİDEO
  • Dünya / Asiya TV

  • Minskdə Müstəqillik sarayının ərazisində Belarus prezidenti Aleksandr Lukaşenkonun vertolyotu eniş edib.
    Dövlət başçısı nəqliyyat vasitəsindən bronjiletdə və əlində avtomatla çıxıb.

    Asiya.az
    bildirir ki, həmin anın videosunu Belarus liderinin Mətbuat Xidmətinə yaxın olan “Pul pervoqo” teleqram kanalı yayımlayıb.

    Kadrlardan görünür ki, avtomatın maqazini yoxdur.

    Qeyd edək ki, Minskdə çoxminlik etiraz aksiyaları keçirilir, onların iştirakçıları avqustun 9-da keçirilən prezident seçkilərində səslərin yenidən hesablanmasını, həmçinin yeni səsvermənin keçirilməsini tələb edirlər.
    PAYLAŞ:

    Oxşar xəbərlər