Xocavəndin icra başçısı da NARAZILIQ YARADIR... - Sakinlər üsyan həddində...

Xocavəndin icra başçısı da NARAZILIQ YARADIR... - Sakinlər üsyan həddində...
  • Siyasət / Araşdırma

  • Qazilər, şəhid ailəsindən olan bir qrup Xocavənd sakini bizi görüşə çağırdı. Bir jurnalist olaraq görüşdən imtina etmədik və Xocavənd sakinləri ilə görüşümüz baş tutdu. Xocavən sakinlərinin şikayətləri və verdikləri faktlar bir məqaləyə sığmadığı üçün biz Xocavənddə baş verənləri, korupsiya, rüşvət, özbaşınalıqlarla bağlı şikayətləri silsilə yazılarla oxucularımıza təqdim edəcəyik.
    Sakinlərin dediyinə görə, onlar bu dediklərinin hamısını DTX, DİN, Baş Prokurorluğa şikayətlərində yazıblar və xahiş ediblər ki, rayonda deyilən faktlarla bağlı yoxlamalar aparılsın!

    Beləliklə şikayətçilər danışırlar:
    Məcburi köçkünlərə məxsus torpaqların mənimsənilməsi, xəstəxanaya dövlət tərəfindən ayrılan vəsaitin ələ keçirilməsi, ölü kartlar, subsidiya adı ilə dövlətdən xeyli miqdarda vəsait alınması və bu kimi hadisələr Xocavənd rayonunda cərəyan etməkdədir. Yazılan şikayət məktublarını oxuduqca anlayırsan ki, Xocavənd rayonunun icra başçısı sanki xanlıq idarə edir.
    Teref.az yazır ki, bunlar Xocavənd sakinləri deyir: Öz əmri, öz gözstərişi və sonda öz qazancı. Əgər bunların əksi olsaydı, rayon Müstəqil Azərbaycan Respublikasının qanunla ilə idarə olunsaydı sakinlər öz haqlarını əldə edə bilər, haqsızlıqlar geniş vüsət almazdı. Rayon icra başçısı Eyvaz Hüseynov barəsində redaksiyamıza sakinləri tərəfindən ardı-arası kəsilmədən şikayət məktubları daxil olmaqdadır. Məktublarda qeyd olunan hadisələri siz oxuculara təqdim edirik:
    Bildiyimiz kimi məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması dövlətimizin əsas prioritet sahələrindən biridir. Müxtəlif rayon və şəhərlərdə şəhərcik və qəsəbələrin salınması da məhz bunun göstəricisidir. Xocavənd sakinləri üçün də Beyləqan ərazisində şəhərcik salınıb və əhali evlərlə təmin olunub. Amma bir əmma var. Sakinlərə evlər təqdim olunmamışdan öncə bildirilib ki, sizə ev və 1 hektar əkin üçün yararlı torpaq sahəsi veriləcək. Lakin sonradan məlum olub ki, qəsəbədə yaşayanlara 1 hektar deyil, hər ailədən 40 sot mənimsənilərək 60 sot topaq ayrılıb. Sakinlər söyləyir ki, əhalidən mənimsənilən (hər ailə üçün) 40 sot torpaqlarla icra başçısının 200 hektara yaxın torpaq sahəsi mövcuddur. Sözü gedən şəxs bununla da kifayətlənməyib. Rayon camaatının kənd təsərrüfatı məhsullarının yetişdiriləni məqsədilə dövlət tərəfində ayrılan subsidiyalara da göz dikib. Belə ki, ilk illər özlərinə məxsus torpaqda əkin apardıqları üçün sakinlərə subsidiyalar ayrılırdı. İndi rayon camaatı ondan da məhrumdur. Belə ki, hər ailəyə verilən 60 sot torpaq örüş sahəsi kimi rayon icra başçısı və səlahiyyətli şəxslər tərəfindən sənədləşdirilir. Amma sakinlərin torpağında kəsilərək (40 sot) əldə edilən 200 hektar ərazi əkinə yararlı sahə kimi göstərilərək dövlətdən subsidiya alınaraq mənimsənilir. Necə oldu ki, eyni əraziyə məxsus olan torpaqlar icra başçısına məxsus olanda yararlı, sakinlərə məxsus olanda yararsız oldu? Əslində bu fakt bir ərazidən 2 dəfə xeyr götürmək deməkdir. Qanunsuzluqlar bununla da bitmir. Sakinlərə dövlət tərəfində tikilən evlər “şirinlik” alınaraq paylanılıb. Elə bir məcburi köçkün yoxdur ki, icra nümayəndələrinə “şirinlik” verməsin. Müraciətlərdə o da qeyd edilir ki, rayon icra başçısı Eyvaz Hüseynovun rayon ərazisində 5 hektardan artıq sahədə böyük bir malikanəsi ola-ola, şəhərcikdən köçkünlərə verilən evlə də təmin olunub. Halbuki fərdi evə malik olan məcburi köçkünlər evlə təmin olunmamalıdır.

    Xocavənd rayonunun isə bizdə olan torpaq sahələri (əsasən Nərgiz təpə) rayon camaatına deyil, digər rayonların sakinlərinə pulla satılır. 300 hekatara yaxın torpaq “Qaytanlanmış kitabla təsdiq olunmuş” Qaradağlı kənd sakinlərinə məxsusdur. Xocavənd rayonunun İcra başçısı tutduğu vəzifədən sui-istifadə edərək Xacvənd rayon əhalisinə məxsus torpaqları aşağıda adları qeyd olunan yaxın qohumlarına və ətrafdakı məmurların istifadəsinə veribdir:
    1. Hüseynov Əbülfət- 1300 ha. İcra başçısının qardaşı
    2. Hüseynov İbad- 80 ha. İcra baçısının qardaşı
    3. Hüseynov Müşviq- 40 ha. İcra başçısının əmisi oğlu
    4. Hüseynov Tural- 15 ha. İ.B əmisi oğlu
    5. Kərimov Hamlet- 105 ha. İ.B bacısının yoldaşı
    6. İbrahimov Vüsal- 200 ha. İ.B kürəkəni
    7. Süleymanov Emin- 100 ha. İ.B müavininin əmisi oğlu
    8. Mustafayev Gültən- 200 ha. K.T şöbə müdirinin qızı
    9. Mustafayev Tofiq- 52 ha. K.T şöbə müdirinin qardaşı
    10. Namazov Elxan- 30 ha. Müdir
    11. Allahverdiyev Roman- 60 ha. Ümumi şöbə müdirinin əmisi oğlu
    12. Aslanov Gülafə- 100 ha. İ.B əmisi qızı
    13. Nağıyev Asəf- 30 ha. Melorasiya və Su təsərrüfatı müdirinin oğlu
    14. Abbasov Şaiq- 43 ha. İ.B bibisi oğlu
    15. Abbasov Cəsur- 35 ha İ.B bibisi oğlu
    16. Məhərrəmov Qalib- 30 ha. İ.B əmisi oğlu
    17. Məhərrəmova Zərifə- İ.B qohumu

    Təqdim olunan siyahıdan da göründüyü kimi nəzərə alsaq ki, Xocavəndin böyük bir qismi erməni işğalındadır, qalan bütün torpaqlar isə icra baçısının ailəsi, özü və yaxın qohumlarınındır. Digər bir qismi isə başqa rayonların sakinlərinə pul müqabilində satılır. Belə olan halda rayonda yaşayan sakinlər nə ilə qazanc əldə etsinlər? Cənab prezident dəfələrlə çıxışlarında qeyd edir ki, icra başçıları xalq xidmət etsin, özünü rəhbər sayaraq camaatı xor görməsin. Xocavənddə amma bu mümkün deyil. Qeyd olunan faktlar bunu deməyə əsas verir ki, rayondakı idarəçilik ölkə başçısının göstərişlərinə əməl olunmadan aparılır. Hələ bu qeyd olunanlar görünən bir qismdir. Pandemiya dövründə Xocavənd Xəstəxanasında baş verən korrupsiya və rüşvətxorluq halları, spirt və doşab bişirərərkən kim qazana düşüb yanq xəsarəti alıb, tibbi avadanlıqların alınması məqsədilə ayrılan pulların mənimsənilməsi, kimlər saxta diplom və atestatlarla indidə işləyir, təhsil- tədris müəssələrində adı olub özü olamayanların kartları barəsində sakinlərin yazdığı faktlar əsasında silsilə yazılar dərc edəcəyik. Xocavənd sakinlərinin Cənab Prezidentdən tək bir isitəyi var. 28 ildir icra başçısı vəzifəsini icra edən, rayonu öz obyektinə çevirən, sakinlərə qazanc yeri buraxmayan başçının işdən azad edilməsi.
    Onlar inanırlar ki, ölkədə aparılan kadr siyasəti Xocavənd rayonuna da öz töhvəsini verəcək. 28 illik çəkdikləri zülm sona çatacaq.
    Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq... //teref.az
    PAYLAŞ:

    Oxşar xəbərlər