Dünya ölkələrində məktəblər nə zaman açılacaq...

Dünya ölkələrində məktəblər nə zaman açılacaq...
  • Dünya

  • Yayın bitməsi ilə bütün dünyada məktəb və ali təhsil müəssisələrinin açıqlması gündəmə gəlib. Amma koronavirus pandemiyasının hələ də ciddi təhdid yaratdığı zamanda dərslərin başlanma tarixi və forması ilə bağlı polemikalar qızışıb.

    Asiya.az
    Modern.az-a istinadən dünyanın fərqli ölkələrində dəsr ili ilə bağlı verilən qərarları təqdim edir.

    ABŞ

    Federal dövlət quruluşna malik ABŞ-da bütün ölkə üçün vahid dərs ili yoxdur. Dərs ilinin başlanması və onun distant formada olub-olmayacağını hər bir ştat özü müəyyən edəcək.

    ABŞ prezidenti Donald Tramp ölkə iqtisadiyyatının bərpası üçün şagirdlərin məktəblərə gəlməsini, valideynlərinin isə öz iş yerlərinə dönməsini önməli hesab edir. Öz şəxsi nümunəsində Tramp 14 yaşlı oğlu Berronu sakitcə mərəbə göndərəcəyini açıqlayıb.

    “Məktəblərin açılmasını istəyirəm...Bunu təhlükəsiz rejimdə edəcəyik”.

    Ştat qubernatorları isə məktəb direktorlarına dərslərin başlama tarixini özlərinin müəyyən etməsini məsləhət görüb. Mürəkkəb idarəçilik sisteminə malik ABŞ-da buna görə, məktəblərin bəzisi 1 sentyabrda, digərləri 10 sentyabr və s. tarixlərdə başlayacaq. Dərslərin forması da fərqlidir. Bəzi ştatlarda şagirdlər dərsə mütləq maska ilə gəlməli, digərlərində bu məcburi sayılmır. Bir çox məktəblər dəstə gəlməklə yanaşı, şagird sıxlığını azaltmaq üçün bəzi dərsləri onlayn formatda keçiriblər.

    Böyük Britaniya

    Böyük Britaniyada dərslərin sentyabrda başlaması barədə qərarı hələ avqustun 15-də təhsil naziri Qevin Anderson elan verib. “Biz verdiyimiz sözü tutmağa çalışır – bu mənəvi, iqtisadi və sosial baxımdan çox önəmlidir”.

    Nazir 5 aylıq fasilədən sonra Şotlandiyada dərslərin artıq başladığını və hökumətin şagirdləri siniflərə qaytarmaq üçün bütün təhlükəsizlik tədbirlərini görəcəklərini əlavə edib.

    İtaliya

    İtaliyada vəziyyət bir qədər fərqlidir. Ölkədə məktəblər 14 sentyabr - bazar ertəsi günü açılacaq. Qaydalara görə, 6 yaşdan yuxarı uşaqlar maska taxmalı, hər gün sinif otaqları deffinfeksiya olunmalı və tənəffüs vaxtı şahmat qaydası ilə bölünməlidir ki, şagirdlər başqa sinfin uşaqları ilə kontakta girməsinlər.

    Fransa

    Fransada məktəblər sentybarın 1-dən açılacaq. COVID-19-un hələ də geniş miqyasda yayıldığı iri şəhər və qəsəbələrdə, o cümlədən Paris və Marseldə məktəblər bağlı qalacaq. Yaşı 11-dən yuxarı bütün məktəblilər və müəllimlər istər məktəb, istərsə də küçədə maska taxmalıdır.

    Belçika

    Bu ölkədə də dərslər sentybarın 1-dən başlayır. Yerli hakimiyyət orqanları sanitar-epidemiloji vəziyyətin pisləşəcəyi təqdirdə dərslərin başlanma tarixinin dəyişdiriləcəyini istisna etmir.

    Almaniya

    Federal quruluşa malik Almaniyada da dərslər federal torplaqlarda fərqli tarixlərdə başlayır. Berlin və Şlezviq-Qolşteyn torpaqlarında dərslər artıq başlayıb. Ölkənin cənub torpaqlarında isə tədris sentyabrda bərpa olunacaq. Şimali Reyn-Vestfaliya regionunda isə 5-ci sinifdən başlayaraq uşaqlar maska taxmalıdır. Müəllimlər isə maskanı yalnız lövhə qarşısına çıxanda şagirdlərdən azı 1 metr məsafədə dayanaraq çıxara bilər.

    Danimarka

    COVID-19-dan nisbətən az zərər çəkmiş Danimarkada dərslər 10 avqustdan başlayıb. Qaydalara görə, şagirdlər 10-12 nəfərlik qruplara bölünüblər. Onlar arasında azı 1,5 metr məsafə saxlanlır. Şagirdlər hər 90 dəqiqədən bir əllərini sabunla yumalıdır. Danimarka Müəllimlər Şurasının sədr müavini Dorte Lanqe maska taxmağın məcburi olmamasına baxmayaraq, məktəblər açılandan yoluxma sayının cüzi olduğunu əlavə edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər