Qənirə Paşayeva Qazax Müəllimlər Seminariyasının ilk yerləşdiyi tarixi bina ilə bağlı rəsmi müraciət etdi - FOTOLAR

Qənirə Paşayeva Qazax Müəllimlər Seminariyasının ilk yerləşdiyi tarixi bina ilə bağlı rəsmi müraciət etdi - FOTOLAR
  • Sosial / Manşet

  • Milli Məclisin Mədəniyyət komitəsinin sədri Q.Paşayeva Qazax Müəllimlər Seminariyasının ilk yerləşdiyi tarixi bina ilə bağlı Baş nazirə, Təhsil Nazirliyinə, Mədəniyyət Nazirliyinə, Qazax Rayon İcra Hakimiyyətinə rəsmi müraciət edib.

    Asiya.az
    xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva vaxtı ilə Qazax Müəllimlər Seminariyasının ilk yerləşdiyi tarixi binanın baxımsız vəziyyətdə olması, XX yüzil tariximizdə özünəməxsus yerə sahib olan Qazax Müəllimlər Seminariyası binasının təmir edilməsi ilə bağlı ölkəmizin baş naziri Əli Əsədova, Təhsil naziri Emin Əmrullayeva, Mədəniyyət nazirinin birinci müavini Anar Kərimova və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova rəsmi müraciət edib. Eyni zamanda Q.Paşayeva bu məsələni Təhsil naziri Emin Əmrullayev, Qazax Rayon İcra hakimiyyəti başçısı Rəcəb Babaşovla da geniş müzakirə edib. Qazax rayonundan olan bir çox ziyalıların bu məsələnin həllinə dəstək göstərilməsi üçün Mədəniyyət komitəsinə müraciət etdiklərini deyən Qənirə Paşayeva bu problemlə bağlı həyəcan dolu sosial şəbəkə paylaşımları, dövri mətbuatda getmiş müxtəlif məqalələr barədə də danışaraq təəssüfedici, narahatçılıq doğurucu haldır ki, belə bir mənzərə yaranıb deyib.

    Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib ki, XX yüzil tariximizdə özünəməxsus yerə sahib olan Qazax Müəllimlər Seminariyasının ilk binasının təmir edilməsi, sözün bütün mənalarında zərurət sayılmalıdır: “Bu zəruriyyət
    birincisi, tarixi-mədəni irsə sayğı baxımından, ikincisi, bölgəyə turistlərin cəlb edilməsi baxımından, üçüncüsü, o binanı tikdirmiş, o binanı milli maarifimizə qazandırmış, orada yanarürəklə çalışmış irəligörüşlü şəxsiyyətlərimizin ruhunun şad olması, bugün və gələcəkdə başqa maarifpərvər insanların da bənzəri proseslərə cəlb edilməsi, motivasiya yaratmaq və s. baxımından izah oluna bilər.”
    Qeyd edək ki, seminariyanın ilk binası, xeyriyyəçi mülkədar Məşədi İbrahim Hacı İsmayıl oğlu Kosalının malikanəsi olub. O, 17 otaqlı malikənəni Seminariyaya hədiyyə edib. Bilindiyi kimi, Qazax Müəllimlər Seminariyası 1918-ci ildə məşhur Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin Xalq Cümhuriyyətinin maliyyəsi ilə Qazaxa köçürülməsi ilə başlayan bir tarixçəyə malikdir. Azərbaycan bölməsinin Qoridən Qazaxa köçürülməsində görkəmli maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Firudin bəy Köçərlinin böyük xidmətləri olub. Seminariyanın yetirmələri arasında Səməd Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi Hüseyn, Seyfulla Şamilov, İsmayıl Şıxlı, Mirqasım Əfəndiyev və b. tarixi şəxsiyyətlər, görkəmli aydınlar olub.

    Bu təhsil ocağı sovet hakimiyyəti illərində (XX yüzilin 40-cı illərinədək) Qazax Pedaqoji Texnikumu olaraq fəaliyyət göstərib.
    Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva rəsmi açılışı 10 noyabr 1918-ci ildə baş tutmuş Qazax Seminariyası Xalq Cümhuriyyəti hökumətimizin təşkil etdiyi ilk milli seminariya ünvanını daşıması etibarı ilə də, özünə xüsusi diqqət, qayğı tələb edir deyərək Qazax rayon ziyalıları və Mədəniyyət komitəsinin bu məsələ ilə bağlı müraciətinin yaxın zamanlarda öz həllini tapacağına, ictimaiyyətin haqlı narahatçılığının aradan qaldırılacağına inandığını deyib. Təhsil naziri Emin Əmrullayev Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ilə Qazax ziyalılarının və Mədəniyyət komitəsinin müraciətinin müzakirəsi zamanı bildirib ki, o bu məsələnin həlli üçün əlindən gələn bütün dəstəyi göstərməyə çalışacaq.
    Qənirə Paşayeva Qazax Müəllimlər Seminariyasının ilk yerləşdiyi tarixi bina ilə bağlı rəsmi müraciət etdi - FOTOLAR
    Qənirə Paşayeva Qazax Müəllimlər Seminariyasının ilk yerləşdiyi tarixi bina ilə bağlı rəsmi müraciət etdi - FOTOLAR
    Qənirə Paşayeva Qazax Müəllimlər Seminariyasının ilk yerləşdiyi tarixi bina ilə bağlı rəsmi müraciət etdi - FOTOLAR
    Qənirə Paşayeva Qazax Müəllimlər Seminariyasının ilk yerləşdiyi tarixi bina ilə bağlı rəsmi müraciət etdi - FOTOLAR
    Qənirə Paşayeva Qazax Müəllimlər Seminariyasının ilk yerləşdiyi tarixi bina ilə bağlı rəsmi müraciət etdi - FOTOLAR
    Qənirə Paşayeva Qazax Müəllimlər Seminariyasının ilk yerləşdiyi tarixi bina ilə bağlı rəsmi müraciət etdi - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər