Aclıq aksiyası keçirən məhkumla nə Ombudsman, nədə ki, Penitensiar Xidmət maraqlanır - GİLEY

Aclıq aksiyası keçirən məhkumla nə Ombudsman, nədə ki, Penitensiar Xidmət maraqlanır - GİLEY
  • Sosial / Araşdırma

  • “Vahidin aclıq aksiyası keçirməsi, səhhətinin pis olması barədə bir neçə dəfə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatına məlumat versək də bu günə kimi onunla maraqlanan olmayıb”.

    Bu sözləri Masallı rayon Ərkivan qəsəbə sakini Əliyeva Rədilə Ağababa qızı Asiya.az-ın redaksiyasına ünvanladığı şikayət məktubunda yazıb. Rədilə xanım bildirir ki, onun qardaşı Əliyev Vahid Ağababa oğlu bir neçə ildir ki, 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
    Keçən ilin noyabr ayında Şirvan Apellyasiya məhkəməsində onunla bağlı baxılacaq mərkəmə prosesində iştirak etmək üçün Vahidi cəza çəkdiyi müəssisəsindən öncə 1 saylı Bakı İstintaq Təcridxanasına, bir neçə ay sonra isə 3 saylı Şüvəlan İstintaq Təcridxanasına etap ediblər.

    “Məhkəmə prosesi bitəndən sonra Vahidi 3 saylı Şüvəlan İstintaq Təcridxanasından cəzasının qalan hissəsini çəkmək üçün 17 saylı Cəzaçəkmə Müəssisəsinə etap ediblər”.

    Şikayətçi bildirir ki, müvafiq qanunvericiliyə əsasən məhkəmə qərarı ilə məhkumun cəza rejmində hər hansı dəyişiklik edilməyibsə, məhkəmə prosesi bitəndən sonra onu yenidən cəza çəkdiyi əvvəlki müəssisəyə qaytarılmalıdırlar.

    “Vahid 17 saylı CM-nə aparılan gündən müəssisə rəhbərliyi tərəfindən təzyiqlərə məruz qalıb. Penitensiar Xidmətdəki özbaşınalıq, rejim qaydalarının, məhkumun hüquqlarının kobudcasına pozulmasına etiraz olaraq o 10 gündən artıqdır ki, müddətsiz aclıq aksiyasına başlayıb”.

    Şikayətçinin sözlərinə görə, Vahid Əliyev aclıq aksiyası keçirməyi ilə bağlı dəfələrlə müəssisə rəhbərliyinə yazılı formada ərizə ilə müraciət edib, onun aclıq aksiyasını tanımasını tələb etsə də, müəssisə rəhbərliyindən rədd cavabı alıb.

    R.Əliyeva qeyd edir ki, “Vahidin aclıq aksiyası keçirməsi, səhhətinin pis olması barədə bir neçə dəfə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatına məlumat versək də bu günə kimi onunla maraqlanan olmayıb”.

    Məsələyə münasibət bildirməsi üçün Asiya.az-ın əməkdaşı Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovun əlaqə telfonuna zəng edib, “WhatsApp” nömrəsinə yazsada onunla əlaqə saxlaya bilməyib.

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Penitensiar Xidmətin məsələ ilə bağlı açıqlaması olarsa dərc etməyə hazırıq.
    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər