Messiyə 500 milyon avroluq təklif gəldi

Messiyə 500 milyon avroluq təklif gəldi
  • İdman

  • "Barselona”dan ayrılmaq niyyətində olan Lionel Messiyə İngiltərənin "Mançester Siti” futbol klubundan 500 milyon avroluq təklif gəlib.

    Asiya.az
    -ın xəbərinə görə, klub futbolçu ilə beş illik müqavilə bağlamaq niyyətindədir.

    Futbolçuya illik 50 milyon avro maaş veriləcəyi də vəd edilir. Müqaviləyə görə, Messi üç il İngiltərə Premyer Liqasında keçirəcək, daha sonra 2023/24 mövsümündə "Nyu-York Siti” klubuna qoşulacaq.

    Qeyd edək ki, Messiyə başqa klublardan da bənzər təkliflər gəlib.
    PAYLAŞ:

    Oxşar xəbərlər