Milli Məclisin deputatları tətildən qayıtdı

Milli Məclisin deputatları tətildən qayıtdı
  • Cəmiyyət / Manşet

  • Milli Məclisin (MM) deputatları bu gün - avqustun 31-də tətildən qayıdıblar.

    Asiya.az
    xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edir.

    Avqustun 30-u istirahət gününə düşdüyündən deputatlar bu gün, yəni avqustun 31-dən işə başlayırlar. Parlamentin komitə iclaslarının keçirilməsinə sentyabrın 15-dən başlanılacaq. MM-in payız sessiyası sentyabrın 30-da başlanacaq və dekabrın 30-dək davam edəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər