Asiya.az DİA.AZ-a istinadən bildirir ki, bununla yanaşı vurğulanırdı ki, rayon icra hakimiyyətləri öz fəaliyyətləri, rayonda aparılan abadlıq-quruculuq işləri, əhali ilə keçirilən görüşlər barədə mütəmadi rəsmi saytlarında məlumatlar yayırlar. Lakin Astara rayon İcra Hakimiyyətinin rəsmi saytında ən son xəbər may ayının 19-da yerləşdirilib. May ayından bu günədək Astara rayon İcra Hakimiyyətinin saytında rayona aid olan heç bir xəbər yerləşdirilməyib. Azərbaycanda ikinci belə bir rayon yoxdur ki, 3 aydan artıq bir müddətdə heç bir tədbir keçirməsin. Bu özü Qəzənfər Ağayevin vəzifəsinə necə məsuliyyətsiz yanaşmasının əyani sübutudur.
Astara rayon sakinləri bildirir ki, onlar da may ayından bəri icra başçısının qəbuluna düşə bilmirlər: "Yazılanları oxuyuruq, saytlardan xəbər tuturuq ki, sən demə, jurnalistlər də icra başçısını tapa bilmir... Daha biz biçarələr nə edək?"
Sakinlər bildirir ki, dəfələrlə Astaradakı özbaşınalıqlardan "yuxarılara" şikayət etsələr də, xeyri olmayıb: "Burda nəsə sirr var. Sanki kimsə şikayətlərimizi lazımi ünvana çatdırmır, zibil qutusuna atır. Elə müraciətlərimizin birində yazmışdıq ki, Qəzənfər Ağayevi görən varmı? Yəni "yuxarılardan"da soruşuruq ki, bizim başçı hardadır..."
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...