Zeynəb Xanlarovanın direktor qudası: “Xəstəxanadan təzə çıxmışam, danışa bilmirəm”

Zeynəb Xanlarovanın direktor qudası: “Xəstəxanadan təzə çıxmışam, danışa bilmirəm”
  • Siyasət

  • Ramiz Mehdiyevlə Zeynəb Xanlarovanın münasibətlərinin kəskin olması barədə tanınmış hüquqşünas Aslan İsmayılovun açıqlamaları sosial şəbəkələrdə geniş müzakirə mövzusu oldu.

    Asiya.az
    xəbər verir ki, hüquqşünas Aslan İsmayılov “Facebook” sosial şəbəkəsində “canlı yayımda” qeyd edib ki, Milli Məclisin deputatları əvvəlcə R.Mehdiyevin otağından “keçməli” idilər: “Deputatlar Ramiz Mehdiyevin razılığını alırdılar. Zeynəb Xanlarova da Prezident Administrasiyasına dəvət olunub və gedib. Otaqda Ramiz Mehdiyevdən başqa Fatma Abdullazadə, Zeynal Nağdəliyev də olub. Zeynəb Xanlarova biləndə ki, onu Milli Məclisin deputatı olub-olmayacağını təsdiq etmək üçün dəvət ediblər, Ramiz Mehdiyevə ağzından çıxanı deyib və qapını çırpıb gedib. Sonra bütün informasiya vasitələri Zeynəb Xanlarovadan “xortdan” obrazı düzəltdilər. Ramiz Mehdiyev insanları necə didərgin salmağı, pisikdirməyi yaxşı bilir…”

    Konkret.az bununla bağlı Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, keçmiş deputat Zeynəb Xanlarovanın qudası Maisə Rəhimova ilə əlaqə saxlayıb.

    Maisə Rəhimova bildirib ki, səhhətində problemlər var: “Xəstəxanadan təzə çıxmışam, danışa bilmirəm. Bununla bağlı Zeynəb xanımın özünə yığın”.
    PAYLAŞ:

    Oxşar xəbərlər