Buz dövründə nə dərəcədə soyuq idi...

Buz dövründə nə dərəcədə soyuq idi...
  • Maraqlı

  • Beynəlxalq elm adamları qrupu qədim buz və mağara divarlarını tədqiq edərək Buz dövrünün temperaturunu müəyyənləşdirməyə çalışır.

    Asiya.az
    bu məsələdən söz açacaq. Buz dövrü deyərkən əvvəlcə sıx tüklü kərgədanlar, mamontlar göz önünə gəlir. Çünki həmin zaman kəsiyi barədə geniş məlumatımız yoxdur. Bu dövr təxminən 110 min il əvvəl başlayıb və cəmi 11.7 min il əvvəl bitib. Əslində, Yer kürəsi belə dövrləri az görməyib. Məsələn, biz indi kaynozoy buz erasındayıq. Əlbəttə, inandırıcı səslənmir. Sadəcə, müəyyən isti temperatur yeni dövrə keçidi ifadə edir.

    Son buzlaqlar dövrü sərt iqlimlə seçilmişdi. ABŞ-ın şimalı, İslandiya, Qrenlandiya tamamilə buzla örtülmüşdü. Okeanlarda aysberqlər üzsə də, ümumilikdə temperatur yüksək olmayıb. Avropada hava daha mülayim təsir bağışlayıb. Antarktidaya və yüksəkliklərə soyuqdan daha çox pay düşürmüş.

    Buz dövründə nə dərəcədə soyuq idi...
    Antarktika Antarktika | Foto: Pixabay.com

    Soyuq biosferə də ciddi təsir göstərib. Məsələnin müsbət tərəfi də olub. Buzların əriməsi su hövzələri yaradıb. Beləcə, proses kənd təsərrüfatının formalaşmasına töhfə verib. Yəni Buz dövrünün insan həyatına yaxşı təsiri olub.

    İndi isə temperatur haqqında. Yuxarıda yazmışıq, o vaxt düşündüyümüz qədər soyuq olmayıb. Yer kürəsində orta temperatur +9 dərəcəyə çatırmış. Məsələn, indi bu göstəricinin +14 olduğu bildirilir. Deməli, insanın həyatını davam etdirməsi üçün münbit şərait olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər