Nadir Abıyevə yeni vəzifə verildi - Narazılıq edənlər kimlərdir? - FOTOLAR

Nadir Abıyevə yeni vəzifə verildi - Narazılıq edənlər kimlərdir? - FOTOLAR
  • Sosial / Manşet

  • 17 il Masallı Rayon İcra Hakimiyyəti Başçısının birinci muavini vəzifəsində çalışmış Nadir Mikayıl oğlu Abıyev 03.09.2020 ci il tarixdə İctimai Nəzarət Koalisiyasının Cənub Regional Nümayəndəliyinə sədr təyin edilib.

    Asiya.az
    xəbər verir ki, bu haqda məlumat “İctimai Nəzarət Koalisiyasının” rəsmi feyzbuk səhifəsində paylaşılıb. Regional ofisi Masallı rayonunda yerləşəcək qurumun fəaliyyəti Masallı, Yardımlı, Cəlilabad rayonlarını əhatə edəcək.

    Qurumdan verilən məlumata görə 04.09.2020 ci il tarixində İctimai Nəzarət Koalisiyasının İdarə Heyətinin keçirdiyi növbədənkənar iclasın qərarına əsasən Masallı şəhər şöbəsinin sədri Cəsarət Əliyev, Masallı rayon təşkilatının sədri Afər Cahangirov və Cəlilabad rayon təşkilatının sədri Murad Hüseyinov tutduqları vəzifədən azad ediliblər.

    Asiya.az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Nadir Abıyevlə əlaqə saxlayıb. Nadir Abıyev İNK-ın region üzrə sədri təyin edilməsini təstiqləyib. O, bildirib ki, hazırda Yardımlı rayonunda təşkilata rayon üzrə sədr seçirlər.

    İNK-in Cəlilabad rayon sədri işləmiş jurnalist Murad Hüseynov öz feyzbuk hesabında aşağıdakı statusu yazıb:
    “ŞOK-ŞOK BU XƏBƏR HƏRKƏSİ ŞÖK EDƏCƏK.
    İCTİMAİ NƏZARƏT KOALİSİYASININ CƏLİLABA-MASALLI VƏ YARDIMLI TƏŞKİLAT RƏHBƏRLƏRİ VƏ ELƏCƏDƏ KOLLEKTİVi TƏŞKİLATDAN İMTİNA ETDİ
    SƏBƏBLƏR SABAH REGİONAZTV-nin YOTUBE KANALINDA İCTİMAYƏTƏ GENİŞ REPORTAJ OLARAQ TƏQDİM EDİLƏCƏK”


    Eyni məzmunlu status İNK-in Masallı rayon sədri vəzifəsindən azad edilən Afər Cahangirov da yazıb.

    Məsələyə aydınlıq gətirmək üçün Asiya.az-ın əməkdaşı Afər Cahangirovla əlaqə yaratmaq istəsə də, telefon zənglərimizə cavab verilməyib.
    Nadir Abıyevə yeni vəzifə verildi - Narazılıq edənlər kimlərdir? - FOTOLAR
    Nadir Abıyevə yeni vəzifə verildi - Narazılıq edənlər kimlərdir? - FOTOLAR
    Nadir Abıyevə yeni vəzifə verildi - Narazılıq edənlər kimlərdir? - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər