Prezident İlham Əliyevin çevik iqtisadi siyasəti - Ülkər Piriyevanın yazısı

Prezident İlham Əliyevin çevik iqtisadi siyasəti - Ülkər Piriyevanın yazısı
  • Siyasət

  • Global aləmdə son dövrlər koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsi və coğrafiyası kəskin şəkildə genişləndi. İnfeksiyanın qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına, bununla yanaşı neftin qiymətinə mənfi təsiri təbii ki, yan keçmədi.

    COVID-19 pandemiyası və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında kəskin dalğalanmaların baş verdiyi bir zamanda iqtisadi dalğalanmalar Azərbaycanda da müəyyən mənada öz təsirini göstərdi.
    Həyata keçirilən bir sıra qabaqlayıcı tədbirlər Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini xeyli dərəcədə azaltdı.

    Qeyd edim ki, respublikamızda infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə turizm, ticarət, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olundu, eyni zamanda, ölkə əhalisinin sosial təcrid olunması təmin edildi. Təbii olaraq, həyata keçirilən bu cür tədbirlər ölkəmizdə əhalinin müəyyən mənada işgüzar fəallığını zəiflədərək, bununla bəarabər iqtisadiyyatın əksər sahələrində inkişafına öz mənfi təsirlərini göstərdi.

    Bu minvalla, iqtisadiyyatın sabitliyində olan təsirlər aradan qaldırılmalı, əhalinin sosial rifahı qorunmalı və iqtisadi inkişafın davamlığı təmin edilməli idi. İqtisadi inkişafda sabitliyin qorunması və qarşıda qoyulan məqsədlərə nail olmaq üçün ölkədə bütün təşəbbüslərin birləşdirilməsi gərəkli idi.

    Bilirik ki, istənilən halda, dövlətimiz iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları lazımı şəkildə qarşılamaq üçün zəruri iqtisadi və maliyyə imkanlarına malikdir. Öz imkanlarına arxalanaraq dövlətimiz və ölkə rəhbərimiz daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərmiş oldu.
    Mövcud vəziyyətlə bağlı prezident İlham Əliyev tərəfindən bu cür kəskin dalğalanmaların qarşısının alınması məqsədilə bir sıra tədbirlər həyata keçirildi, sərəncəmlar imzalandı.

    Eyni zamanda, infeksiyanın Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradıldı.
    Qabaqlayıcı tədbirlərin görülməsi və Respublikamızın bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olundu.

    İnfeksiyanın əhatə dairəsinin geniş miqyas aldığını nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən daha geniş əhatəli “Tədbirlər Planı ” təsdiq edildi.
    Müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə intensiv işlər aparıldı.
    Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün ciddi səylər göstərilərək sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdə saxlanıldı.
    Müvafiq qurumlar tərəfindən ölkə əhalisi bu istiqamətdə görülən işlər barədə müntəzəm qaydada məlumatlandırıldı.
    Bununla bərabər, ölkədə tətbiq olunan xüsusi karantin rejiminin biznesə və vətəndaşlara vurduğu iqtisadi ziyanı qarşılamaq üçün dövlət tərəfindən müəyyən tədbirlər həyata keçirildi-İşsiz qalan əhaliyə 190 manat birdəfəlik ödənişlər verildi.
    Alternativ, müasir, təmassız xidmətlər stimullaşdırıldı.
    İşçilərin özəl iş yerlərində ixtisar edilməməsi zəruri hal aldı...

    Beləliklə, Azərbaycan dövləti Prezident İlham Əliyevin ciddi nəzarəti altında COVID-19 infeksiyasının yayılmasının Respublikada yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində profilaktik və təxirəsalınmaz tədbirləri həyata keçirərək koronavirusun Azərbaycanda yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı zəruri olan bütün addımları atdı, ən yüksək səviyyədə gərəkli tədbirləri gördü.

    Bütün bu tədbirlər ölkədə birmənalı olaraq, əhalinin sağlamlığının mühafizəsinə xidmət edərək infeksiyanın qarşısını xeyli dərəcədə aldı.
    Nəzərə alaq ki, epidemiya təhlükəsinə qarşı tədbirlər eyni qaydada, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınmaqla bu gün də, davam etdirilir.
    Əlbəttə ki, ölkə rəhbəri tərəfindən aparılan iqtisadi islahatlar, hərtərəfli çevik iqtisadi siyasət bu tədbirlərin həyata keçirilməsi üçün böyük imkanlar yaradır ..
    Prezident İlham Əliyevin çevik iqtisadi siyasəti - Ülkər Piriyevanın yazısı
    Ülkər Piriyeva - POLİTOLOQ
    PAYLAŞ:

    Oxşar xəbərlər