İlham Əliyev Əfv Məsələləri Komissiyasının yeni tərkibini təsdiq etdi - SƏRƏNCAM

İlham Əliyev Əfv Məsələləri Komissiyasının yeni tərkibini təsdiq etdi - SƏRƏNCAM
  • Siyasət / Araşdırma

  • Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

    Asiya.az
    -ın xəbərinə görə, sənədə əsasən Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

    "Komissiyanın sədri

    Samir Nuriyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

    Komissiyanın üzvləri

    Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

    Gündüz Kərimov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi

    Fikrət Məmmədov - Azərbaycan Respublikasının Ədliyyə naziri

    Vilayət Eyvazov - Azərbaycan Respublikasının Daxili İşlər naziri

    Əli Nağıyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

    Allahşükür Paşazadə - Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri

    Əhliman Əmiraslanov
    - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin sədri

    Zahid Oruc - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin sədri

    Fazil Mustafa - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini

    Azay Quliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı

    Sədaqət Vəliyeva
    - Azərbaycan Respublikası Milli Məclisinin deputatı

    Aynur Sofiyeva - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

    Rəşad Məcidov - Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü

    Əliməmməd Nuriyev - "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri

    Bəyimxanım Verdiyeva
    - "Xan Şuşinski” Fondunun rəhbəri

    Mehriban Vəliyeva - Akademik Zərifə Əliyeva adına liseyin direktoru

    Komissiyanın katibi

    Kəmalə İsmayılova - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri”.

    Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
    PAYLAŞ:

    Oxşar xəbərlər