Prezident Ramiz Mehdiyevi sədr vəzifəsindən azad etdi - SƏRƏNCAM

Prezident Ramiz Mehdiyevi sədr vəzifəsindən azad etdi - SƏRƏNCAM
  • Siyasət / Manşet

  • Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

    Asiya.az
    xəbər verir ki, sənədə əsasən Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

    “Komissiyanın sədri


    Samir Nuriyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

    Komissiyanın üzvləri

    Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

    Gündüz Kərimov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi

    Fikrət Məmmədov - Azərbaycan Respublikasının Ədliyyə naziri

    Vilayət Eyvazov - Azərbaycan Respublikasının Daxili İşlər naziri

    Əli Nağıyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

    Allahşükür Paşazadə - Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri

    Əhliman Əmiraslanov - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin sədri

    Zahid Oruc - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin sədri

    Fazil Mustafa - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini

    Azay Quliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı

    Sədaqət Vəliyeva - Azərbaycan Respublikası Milli Məclisinin deputatı

    Aynur Sofiyeva - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

    Rəşad Məcidov - Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü

    Əliməmməd Nuriyev - “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri

    Bəyimxanım Verdiyeva - “Xan Şuşinski” Fondunun rəhbəri

    Mehriban Vəliyeva - Akademik Zərifə Əliyeva adına liseyin direktoru

    Komissiyanın katibi

    Kəmalə İsmayılova - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri”.

    Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    Qeyd edək ki, bunadək Komissiyaya sədrliyi Ramiz Mehdiyev edirdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər