Bugünki aksiyada polis jurnalistə ciddi ziyan vurub - FOTOLAR

Bugünki aksiyada polis jurnalistə ciddi ziyan vurub - FOTOLAR
  • Cəmiyyət / Manşet

  • Bu gün Nizami Rayon Məhkəməsinin qarşısında bir qrup fəal Tofiq Yaqubluya azadlıq tələb edərək aksiya keçirib.

    Aksiya zamanı polislərdən biri jurnalist Fərid İsmayılovun fotoaparatını sındırıb.

    Asiya.az xəbər verir ki, dominant.az-a bu barədə F.İsmayılov özü məlumat verib: "Aksiyada peşə fəaliyyətimi yerinə yetirməyimə fotolarda gördüyünüz bu şəxslər əngəl yaratdı. Azərbaycanda satışda olmayan fotoaparatım sıradan çıxdı. Satış qiyməti təkcə 899 ABŞ dollarıdır".

    "Sabah Daxili İşlər Nazirliyi, Ombudsman Aparatı, RATİ, Mətbuat Şurasına müraciət edəcəm. Tələbim həmin bu polis əməkdaşlarının cəzalandırılması və maaşlarından fotoaparatımın birbaşa firmadan yenisinin alınmasıdır.

    Bu formada işləyən polislər Azərbaycan xalqına və DİN-ə ləkədir, təxribatdır, biabırçılıqdır!", - deyə jurnalist vurğulayıb.

    Qeyd edək ki, bu gün Konstitusiya Məhkəməsinin qarşısında Tofiq Yaqublunun həbsinə etiraz aksiyası keçirilib.
    Aksiyada iştirak edənlər polis tərəfindən saxlanılıblar.

    Həbib Müntəzir saxlanılanların siyasını açıqlayıb:


    1. Nigar Həzi (Tofiq Yaqublunun qızı)
    2. Bəxtiyar Hacıyev (İctimai fəal)
    3. Nərmin Şahmarzadə (İctimai fəal)
    4. Gulnara Mehdiyeva (İctimai fəal)
    5. Rüstəm İsmayılbəyli (İctimai fəal)
    6. Bəhruz Səmədov (N!DA üzvü)
    7. Vəfa Nağı (İctimai fəal)
    8. Elçin Əlixan (İctimai fəal)
    9. Mətanət Turan (AXCP üzvü)
    10. Elmir Abbasov (N!DA üzvü)
    11. Hüsü Xanlarlı (İctimai fəal)
    12. Şəhla Kərimli (İctimai fəal)
    13. Rəbiyyə Məmmədova (N!DA üzvü)
    14. Ülvi Həsənli (N!DA üzvü)
    15. Novruz Əliyev- (ReAl)
    16. Tapdıq Məmmədov (İctimai fəal)
    17. Bəxtiyar Məmmədli (ictimai fəal)
    18. Emin Xəlili (ictimai fəal)
    19. Həsən İsgəndər (ictimai fəal)
    20. Toğrul Qaralı (ictimai fəal)
    21. Bayramov Bayram (ictimai fəal)
    22. Əliyev Pərvin (İctimai fəal)
    23. Seyxanov Gündüz (ictimai fəal)
    24. Vahid Şıxəlizadə (ictimai fəal)
    25. Fatimə Mövlanlı (jurnalist)
    26. Səbinə Rəhimova (ictimai fəal)
    27. Aytac Ağazadə
    28. Sevinc adlı xanım

    Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt ərazisində keçirilən aksiya ilə bağlı açıqlama yayıb.

    Asiya.az xəbər verir ki, BŞBPİ-nin Mətbuat xidmətindən verilən məlumatda deyilir:

    "Sentyabrın 9-da saat 15 radələrində 20-25 nəfər “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Səbail rayonundakı İstiqlaliyyət küçəsində şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan toplaşıb küçə yürüşü keçirməyə cəhd edib.

    Ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən qanunsuz küçə yürüşünə cəhdin qarşısı alınıb, iştirakçılar ərazidən uzaqlaşdırılıblar.

    Saxlanılan və ya həbs edilən olmayıb".

    Bugünki aksiyada polis jurnalistə ciddi ziyan vurub - FOTOLAR
    Bugünki aksiyada polis jurnalistə ciddi ziyan vurub - FOTOLAR
    Bugünki aksiyada polis jurnalistə ciddi ziyan vurub - FOTOLAR
    Bugünki aksiyada polis jurnalistə ciddi ziyan vurub - FOTOLAR
    Bugünki aksiyada polis jurnalistə ciddi ziyan vurub - FOTOLAR
    Bugünki aksiyada polis jurnalistə ciddi ziyan vurub - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər