Millət vəkilləri Tovuz döyüşlərində şəhid olmuş qəhrəman döyüşçülərimizin ailələrini ziyarət edib

Millət vəkilləri Tovuz döyüşlərində şəhid olmuş qəhrəman döyüşçülərimizin ailələrini ziyarət edib
  • Cəmiyyət

  • Millət vəkilləri Qənirə Paşayeva, Tamam Cəfərova, “Bayburt” İnşaat şirkətinin rəhbəri Alim Şəntürk və “Rəsm” şirkətinin rəsmiləri iyul döyüşlərində Tovuzda şəhid olan yüksəkçinli zabitlərimiz – general Polad Həşimov və polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət ediblər. Şəhidlərimizin anaları, ailə üzvləri ilə ətraflı və səmimi fikir mübadiləsi olub.

    “Nur içində yatsın qəhrəman şəhidlərimiz. Qəhrəman şəhidlərimizin gözəl analarına, əziz ailələrinə dövlətimiz və millətimiz hər zaman yanınızdadır, hamımız üçün çox dəyərlisiniz, biz hər zaman sizin kimi fədakar analar, şəhidlərimizin həyat yoldaşları və Polad qardaşımız, İlqar qardaşımız kimi fədakar qardaşlarımızla fəxr edirik”
    deyən millət vəkilləri Qənirə Paşayeva, Tamam Cəfərova, “Bayburt” İnşaat şirkətinin rəhbəri Alim Şəntürk hamımız qəhrəman şəhid oğul və qızlarımızın, İlqar Mirzəyev, Polad Həşimov kimi dəyərli Vətən oğulları minlərlə gəncimiz üçün örnək olduğunu bildiriblər.

    “Bayburt” İnşaat şirkətinin rəhbəri Alim Şəntürk görüş zamanı deyib ki, Türkiyə olaraq qardaş Azərbaycandakı şəhid ailələrimizin hər zaman yanındayıq. “Rəsm” şirkətinin rəsmiləri də şəhid ailələrimizin hər bir azərbaycanlı üçün çox dəyərli olduğunu vurğulayıb. Dəyərli şəhidimiz general Polad Həşimovu, polkovnik İlqar Mirzəyevi, bütün əziz şəhidlərimizi hər zaman sevgi, sayğı və rəhmətlə anacağıq. Allah hər zaman şəhid ailələrimizin yardımçısı olsun. Bir daha, Tovuz istiqamətində olan döyüşlərdə şəhid olan hərbçilərimiz də daxil olmaqla bütün hərbçilərimizi rəhmətlə yad edir, ruhlarına ehtiramımızı bildiririk! Nur içində yatsınlar!
    PAYLAŞ:

    Oxşar xəbərlər