Sentyabrın 15-dən bu ailələr üçün internet pulsuz ola bilər - AÇIQLAMA

Sentyabrın 15-dən bu ailələr üçün internet pulsuz ola bilər - AÇIQLAMA
  • İQTİSADİYYAT

  • Xəbər verdiyimiz kimi sentyabrın 15-dən ibtidai siniflər Bakı şəhərində 2, bölgələrdə də həftədə 3 dəfə məktəbə gedəcək. Yuxarı siniflər üçün isə dərslərin onlayn keçirilməsi planlaşdırılır. Təəssüf ki, bu gün bir çox az təminatlı ailələrin evində internet, kompüter və hətta internet yoxdur. Övladları təhsil alan az təminatlı ailələr üçün hansı güzəştlər tədbiq edilə bilər?

    Asiya.az
    xəbər verir ki, bununla bağlı konkret.az-ın sualını cavablandıran deputat Müşfiq Cəfərov bildirib ki, sentyabrın 15-dən dərslər başlayır: “Yalnız ibtidai siniflər Bakıda həftədə 2, rayonlarda 3 gün məktəbə gedəcək. Digər yuxarı siniflər üçün dərslər onlayn keçiriləcək. Mən özüm də valideynəm. İki ay öncə Təhsil Nazirliyi tərəfindən kimin evində internetin, kompüterin, smartfon telefonun olub-olmaması barəsində uşaqlar və valideynlər arasında sorğu aparıldı. Təəssüf ki, bəzi insanlar elə başa düşdü ki, onlara kompüter və telefon veriləcək. Ona görə də çoxları qeyd etdi ki, heç nəyimiz yoxdur, amma reallıq odur ki, istər kənd, istərsə də evində interneti, kompüteri hətta smartfon telefonu olmayan ailələr var. Bu insanlar əsasən az təminatlı ailələrdir. Hansı ki, onlar dövlətdən sosial müavinət alırlar. Mən hesab edirəm ki, internet bu insanlar üçün pulsuz olmalıdır. Çünki onların dövlətdən aldıqları müavinət ancaq yemək xərclərini ödəmək üçündür. Düşünürəm ki, o ailələrdə yenidən sorğu aparılmalı və ailədə təhsil alan şagirdin, tələbənin olub-olmaması araşdırmalıdır”.

    Deputat bütün məlumatların dövlətdə olduğunu qeyd edib:


    “Çünki sosial müavinət təyin olunmamışdan öncə ailə araşdırılır və toplanan məlumatlar sistemə vurulur. Araşdırmanın nəticəsində də sosial müavinət kəsilir. Amma ola bilər ki, imkansız ailə olsa da bəzi səbəblərdən sosial müavinət almır. Müəllimlər arasında da sorğu aparmaq olar. Çünki müəllimlər yaxşı tanıyır və bilirlər ki, sinifdəki şagirdlərin ailəsində vəziyyət necədir. Dərsdə iştirak etmək üçün hansı şagirdin evində internet, kompüter, smartfon telefon var. Amma ümumilikdə tələbələrə və şagirdlərə internet provayderlər tərəfindən müəyyən güzəştlər tətbiq edilməlidir. 50 faiz güzəştin özü də post-pandemiya dövründə
    böyük köməkdir. Ümid edək ki, ikinci dalğa olmayacaq. Yaşayış yerindən və təhsil məüəssisəsindən arayış təqdim edilmək şərti ilə müəyyən güzəştlər ola bilər. Burada da məqsəd şagirdlər və tələbələr üçün təhsilin əlçatan olmasıdır”.

    Deputat Azər Badamov söyləyib ki, pandemiya tədris sistemini də yeni qaydalara uyğun təşkil etməyini zəruri edib:

    “Təəssüf ki, yaş kateqoriyasına görə müxtəlif vaxtlarda tədrisin başlanması, sosial məsafənin gözlənilməsi, həftədə 2-3 gündə məktəbə gəlməsi, müəyyən yaşdan yuxarı şagirdlərin tibbi maska taxması və proqrama uyğun online dərslərin keçilməsi təhsil alanlar üçün müəyyən problemlər yaradır. Məsələn, ölkədə bütün evlərin geniş zolaqlı internetlə təmin olunmaması və təhsil alan hər bir şagirdin, tələbənin kompüterinin olmaması onların məsafədən tədrisə qoşulmasında çətinlik yaradır. Məsələn sentyabrın 4-də Qusarda seçicilərimin fərdi qaydada qəbulunu keçirdim. Qəbuluma gələnlərin əksəriyyəti evlərində internet olmadığından övladlarının onlayn dərslərə qoşula bilməməsindən narahat olduqlarını bildirirlər. ATS-in rəisi ilə əlaqə saxlayanda bildirir ki, bu il internetlə əlaqədar evlərə telefon xətlərin çəkilməsi əvvəlki illərdən 2-3 dəfə çox olub. Lakin indi material təhcizatı olmadığından bütün tələbatı ödəyə bilmirik. Hesab edirəm ki, NRYTN bu istiqamətdə düşünməli və ölkədə internetə olan təlabatın ödənilməsini qısa bir zamanda təmin etməlidir. Həm də XXI əsirdə yaşayırıq və inkişaf etmiş ölkəmizdə internet təminatı ilə bağlı çətinlik olmamalıdır”.

    Milli Məclisin üzvü fikrini belə tamamlayıb:

    “Təbii ki, hamı onlayn dərslərə qoşula bilməyəcək. Bu, o demək deyil ki, təhsil alanlar tədris prosesindən kənarda qalmalıdır. Valideynlər öz övladlarının təhsildən geri qalmaması üçün müxtəlif yollar tapmalıdır. Qaldı ki, onlayn dərs ala bilməyənlərə güzəştin olub-olmayacağından danışmaq hələ tezdir. Çünki dərs ili başlanmamış indidən güzəştlərdən danışsaq, təhsil alanlarda və cəmiyyətdə təhsilə loyallıq yaranacaqdır. Güzəştlərin olub-olmayacağı vaxtı gələndə müzakirə olunmalıdır”.
    PAYLAŞ:

    Oxşar xəbərlər