Asiya.az xəbər verir ki, Ağ Evin aparat rəhbəri Mark Medouz jurnalistlərə açıqlamasında bu barədə danışıb. Onun sözlərinə görə, Tramp hər gün koronavirus testindən keçdiyi üçün maska taxmasına ehtiyac yoxdur:
“Taxdığınız maska digərlərini qoruyur, sizin şəxsi müdafiəniz üçün deyil. Tramp da, mən də bu səhər testdən keçmişik. Maska taxılması digərlərinin virusdan qorunması üçündür. Bu səbəbdən prezidentin maska taxmasına ehtiyac duymuram”.//“Qafqazinfo”