Milli Məclisdə masallılıları kimlər təmsil edir – 7 DEPUTAT

Milli Məclisdə masallılıları kimlər təmsil edir – 7 DEPUTAT
  • Siyasət / Araşdırma

  • Bu il keçirilən Parlament seçkilərində Masallı rayonundan olan seçiciləri Azərbaycan Respublikasının Milli Məclisində 5 millət vəkili təmsil edir.

    Onlardan başqa Parlamentdə əslən Masallı rayonundan olan iki millət vəkili də vardır ki, başqa dairələrdən deputat seçiliblər.

    70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrinin seçicilərinin hamısı Masallı rayon sakinləridir. 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 72 saylı Yadımlı-Masallı, 75 saylı Lənkəran-Masallı seçki dairələrinin isə müəyyən hissə seçicisi Masallı Rayonunun payına düşür.

    Masallı rayonundan olan seçicilərə seçdikləri millət vəkillərini daha yaxından tanıtdırıb, onların əlaqə vasitələrini təqdim edirik:

    Milli Məclisdə masallılıları kimlər təmsil edir – 7 DEPUTAT
    Fəzail İbrahimli
    69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən millət vəkili seçilən Fəzail Feyruz oğlu İbrahimli 12 aprel 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra, 1969-cu ildə Bakıya gəlib. Elə həmin idən 1973-cü ilədək Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsində ali təsil alıb. Oranı bitirdikdən sonra, təyinatla ata-baba yurdu Yardımlıya göndərilib. 1973-1977-ci illərdə rayonun Çanaxbulaq kənd məktəbində müəllim işləyib. 1977-1979-cu illərdə hərbi xidmətdə olub.

    1979-1982-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant, 1982-ci ildən Bakı Dövlət Universitetində Kommunist partiyası tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Hazırda Azərbaycan Tarixi kafedrasının professorudur. 1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.
    Adına bir monoqrafiya, bir kitab, bir dərslik və 60-a qədər elmi məqalə var.
    1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür.

    2000, 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilən parlamant seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasından Milli Məclisə deputat olub.
    2020-ci ilin 10 martından Milli Məclisin sədr müavinidir.

    Millət vəkili Fəzail İbrahimlinin feyzbuk sosial şəbəkəsindəki rəsmi səhifəsi: https://www.facebook.com/fezail.ibrahimli
    Əlaqə: Deputat köməkçisi Faiq Ağayev +99450 630-78-81

    Milli Məclisdə masallılıları kimlər təmsil edir – 7 DEPUTAT
    Məşhur Məmmədov
    70 saylı Masallı şəhər seçki dairəsindən millət vəkili seçilən Məşhur Şahbaz oğlu Məmmədov 04 oktyabr 1963-cü il də Masallı rayonunun I Yeddioymaq kəndində, ziyalı ailəsində anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət Neft və Kimya Universitetini bitirmişdir.
    1981-1983-ci illərdə Kalinovka (Viləş) kənd orta məktəbində laborant işləyib.

    1991-1995-ci illər Masallı rayon Xarrad kooperativi, 1996-2011-ci illər Embawood şirkətinin Təsisçisi və Baş direktoru, 2011-2013-cü illər Embawood Gürcüstan şirkətinin Baş direktoru vəzifəsində çalışıb.

    2013-2015-cü illərdə Embawood şirkətinin Təsisçisi və Direktor müavini, 2015-ci ildən Progress Construction şirkətinin Təsisçi və Baş direktoru vəzifələrini icra edib.

    Müxtəlif illərdə Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədri, Rusiya Azərbaycan İşgüzar şurasının üzvü, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai şuranın üzvü, Azad Sahibkarlar Konfederasiyasının idarə heyətinin üzvü seçilmişdir.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Tərəqqi”, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley, “Azərbaycan Sərhəd Müdafiəsinin 100 illiyi” yubiley medalı ilə təltif edilib.
    2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, YAP Masallı rayon Təşkilatı Şura üzvüdür.
    Milli Məclisin İntizam Komissiyasının üzvüdür.
    Ailəlidir, 4 övladı və 4 nəvəsi var.

    Millət vəkili Məşhur Məmmədovun feyzbuk sosial şəbəkəsində rəsmi səhifəsi: https://www.facebook.com/mashur.mammadov
    Əlaqə: Deputat köməkçisi Mirnizam Vahabov +99450 352-26-38


    Milli Məclisdə masallılıları kimlər təmsil edir – 7 DEPUTAT
    Anar İsgəndərov
    71 saylı Masallı kənd seçki dairəsindən millət vəkili seçilən Anar Camal oğlu İsgəndərov 10 yanvar 1956-cı ildə Masallı rayonunun Böyük Kolatan kəndində anadan olub.
    1973-1978-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil almışdır. 1984-cü ildən BDU-nun «Mənbəşünaslıq, tarixşünaslıq və metodika» kafedrasında çalışır. 1999 cu ildən Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasına müdir seçilmişdir.

    1978-1981-ci illərdə Masallı rayonunda tarix müəllimi, 1982-1984-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında «Fəlsəfə» kafedrasında kabinet müdiri, 1984-1999-cu illərdə BDU-nun Tarix fakültəsi «Mənbəşünaslıq, tarixşünaslıq və metodika» kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent, 1999-cu ildən indiyə qədər həmin kafedraya rəhbərlik edir.

    Çalışdığı müddətdə «Azərbaycan tarixinin tarixşünaslığı», «Azərbaycan tarixinin mənbəşünaslığı», «Tarix elminin aktual problemləri», «Tarixi tədqiqatların metodoloji problemləri» fənləri üzrə mühazirə və seminar məşğələləri aparır. 200-ə qədər elmi məqalənin, 2 monoqrafiyanın, iki kitabın müəllifidir.
    Rəhbərliyim altında 4 nəfər namizədlik disserasiyası müdafiə etmiş, 3 əyani aspirant, 6 nəfər dissertant namizədlik dissertasiyası üzərində tədqiqat işlərini davam etdirirlər.

    İlk dəfə olaraq 1917-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımın tarixşünaslığı tədqiq olunaraq Azərbaycan ictimaiyyətinə çatdırılmışdır.
    Hazırda Türk dünyasının bir çox görkəmli tarixçiləri ilə, o cümlədən Amerika tarixçisi Castin Makkarti ilə birlikdə türk-müsəlman soyqırımı problemi ilə bağlı əməkdaşlıq edir.

    "1918-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımı problemi" mövzusunda tədqiqat işləri aparmışdır.
    1989-cu ildə «Azərbaycanda sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsinin tarixşünaslığı» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
    2004-cü ildə «Azərbaycanda 1917-1918-ci illərdə türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
    Tarix elmləri üzrə fəlsəfə doktoru, professordur.

    1998-ci ildə Ankarada Türkiyə Cümhuriyyətinin 75 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda maraqlı məruzəsinə görə Türkiyə Cümhuriyyətinin baş nazirinin qol saatı və «Altun» qızıl medalı ilə, 2008-ci ilin dekabrında Türkiyə və Azərbaycan tarixinin araşdırılmasında xidmətlərimə görə «Qızıl döş nişanı» ilə təltif olunmuşdur.

    Azərbaycan Respublikası Prezidentinin sərəncami ilə 2009-cu ildə "Tərəqqi" medalı ilə, 2016-cı il yanvar ayının 11-də "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərinə görə" 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 2018-ci ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib.
    2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu və "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı ilə təltif edilib.

    Millət vəkili Anar İsgəndərovun feyzbuk sosial şəbəkəsində rəsmi səhifəsi: https://www.facebook.com/anarisgandar
    Əlaqə: Deputat köməkçisi Valeh Mikayılov +99450 335-22-32


    Milli Məclisdə masallılıları kimlər təmsil edir – 7 DEPUTAT
    Musa Qasımlı
    72 saylı Yadımlı-Masallı seçki dairəsindən millət vəkili seçilən Musa Cəfər oğlu Qasımlı 1957-ci il 28 oktyabrda Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. 1974-cü ildə orta məktəbi tərifnamə ilə bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə daxil olmuş, 1979-cu ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Yardımlı rayonunda işləmişdir.1982–1985-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının əyani aspiranturasında təhsil almışdır. Beynəlxalq münasibətlər tarixi üzrə ixtisaslaşmışdır. 1986-cı ildə namizədlik, 35 yaşında isə doktorluq dissertasiyası müdafiə etmişdir. Ölkədə ən gənc tarix elmləri doktoru olmuşdur. Yardımlı rayonundan çıxan ilk tarix elmləri doktoru, professordur. 1986–1992-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında müəllim, baş müəllim, dosent, tarix fakültəsinin dekan müavini vəzifələrində çalışmışdır. BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professorudur. AMEA-nın müxbir üzvü olan ilk yardımlılıdır.

    AMEA Rəyasət Heyətinin 27 yanvar 2016-cı il tarixli qərarı ilə Qafqazşünaslıq İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilmişdir. AMEA İctimai Elmlər bölməsinin 24 iyun tarixli iclasında səsvermə yolu ilə direktor seçilmiş, 29 iyun tarixində isə AMEA Rəyasət Heyətinin iclasında həmin qərar təsdiq edilmişdir.
    1992–1997-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələr şöbəsində işləmişdir.

    IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə 2010-cu il 7 noyabrda keçirilən seçkilərdə 42 saylı Sumqayıt ikinci seçki dairəsindən, 2015-ci il 1 noyabrda keçirilən V çağırış, 2020-ci il 9 fevralda keçirilən VI çağırış seçkilərində 72 saylı Yardımlı-Masallı seçki dairəsindən millət vəkili seçilmişdir. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavinidir. Azərbaycan-Əfqanıstan parlamentlərarası işçi qrupunun sədri, Türkiyə, Kanada, Braziliya, Peru, Meksika, Argentina, Danimarka, Malta, Estoniya, Bosniya və Herseqovina parlamentləri ilə dostluq qrupunun üzvüdür. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin və Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü olmuşdur.

    Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir (28.10.2017).
    Bundan başqa, Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı (2009), Qazaxıstan Respublikası Elmlər Akademiyasının xatirə medalı (10.11.2017), Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2008)" Azərbaycan Respublikasının yubiley medalı (27.05.2018), Azərbaycan parlamentinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin "Parlament" medalı (2018), Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sərəncamı ilə " Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı (09.07.2019), Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir (14.08.2019).

    Millət vəkili Musa Qasımlının feyzbuk sosial şəbəkəsində rəsmi səhifəsi: https://www.facebook.com/profile.php?id=100008110844441
    Əlaqə: Deputat köməkçisi Adil Mustafayev +99450 676-35-26


    Milli Məclisdə masallılıları kimlər təmsil edir – 7 DEPUTAT
    Cavanşir Paşazadə
    75 saylı Lənkəran-Masallı seçki dairəsindən millət vəkili seçilən Cavanşir Hümmət oğlu Paşazadə - 1953- cü il aprelin 12-də Lənkəran rayonu, Cil kəndində anadan olmuşdur. 1971-ci ildə Separadi kənd orta məktəbini bitirdikdən sonra Özbəkistanda Buxara İnşaat Texnikumuna daxil olmuşdur. Bir il sonra hərbi xidmətə çağrılmışdır. 1974-cü ildə hərbi xidmətini başa vuraraq, təhsilini davam etdirmişdir. 1992-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir.
    Əmək fəaliyyətinə “Lənkəransutikinti” trestində mühəndis-texnik işləməklə başlamışdır (1976). Bir il sonra keyfiyyət üzrə nəzarətçi vəzifəsinə irəli çəkilmişdir.
    Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Lənkəran İstehsalat Birliyində suvarma üzrə istehsalat ustası, sahə rəisi (1979-1985), Azərbaycan SSR Səhiyyə Nazirliyinin Tikinti-Təmir Trestində əmtəəşünas, tikinti ustası, mühəndis (1985-1987), Neft məhsulları təchizatı bazasında aparıcı mütəxəssis (1987-1991), Lənkəran mexanikləşdirilmiş dəstəsində iqtisadiyyat üzrə direktorun birinci müavini (1991-1992), Lənkəran 3 nömrəli çay fabrikinin direktoru (1992-1998), Qızılağac Dövlət qoruğunun direktoru (1998-2005) işləmişdir. Texnik-mühəndis, aqronom, ictimai xadim, 2005-ci, 2010-cu, 2015-ci və2020-ci illərdə 75 saylı Lənkəran – Masallı seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə millət vəkili seçilmişdir. Milli Məclisin İnsan hüquqları komitəsinin , ekologiya və təbiəti mühafizə üzrə daimi komissiyasının üzvüdür.

    Milli Məclisin ekologiya və təbiəti mühafizə üzrə daimi komissiyasının üzvüdür. Parlamentin tribunasından ekologiyanın qorunması, təbiətin mühafizəsi ilə əlaqədar problem məsələlər qaldırmış və onların həllinə nail olmuşdur.
    Özbək, Tacik, Rus, Fars dillərini bilir. Evlidir, 3 övladı var.

    Millət vəkili Cavanşir Paşazadənin feyzbuk sosial şəbəkəsində rəsmi səhifəsi: https://www.facebook.com/camal.huseynov.560
    Əlaqə: Deputat köməkçisi Sulduz Ağayev +99450 328-21-23



    Qeyd etmək yerinə düşərdi ki, Azərbaycan Respublikasının Milli Məclisində əslən Masallı rayonundan olan iki millət vəkili də vardır ki, başqa seçki dairələrindən deputat seçiliblər. Oxucuların marağını nəzərə alaraq onlar haqqında olan məlumatlarıda təqdim edirik.

    Milli Məclisdə masallılıları kimlər təmsil edir – 7 DEPUTAT
    Elnur Allahverdiyev

    17 saylı Yasamal üçüncü seçki dairəsindən millət vəkili seçilən Elnur Marat oğlu Allahverdiyev 21 aprel 1978-ci ildə Bakıda anadan olub. Elnur Allahverdiyevin atası Marat Allahverdiyev uzun müddət partiya və sovet işində çalışıb, Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

    Ana babası Zeynalov Süleyman Mustafa oğlu Masallı rayonunun Hacıtəpə kəndindəndir. O uzun müddət Moskva-Bakı-Moskva sərnişin qatarında qatar rəisi vəzifəsində çalışıb.

    Elnur Allahverdiyev 1985-1995-ci illərdə Bakı şəhər 47 saylı orta məktəbdə oxuyub.
    Orta məktəbi müvəffəqiyyətlə bitirib ilk ali təhsilini 1995-1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetinin hüquqşünslıq fakültəsində almışdır.
    1999-cu ilin iyul ayından 2000-ci iyul ayınadəkordu sıralarında olmuşdur.
    Tərxis olunduqdan sonra dövlət idarələrində müxtəlif vəzifələrdə işləmişdir.

    2012-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın hüquqi tənzimlənməsin fakultəsində oxuyaraq ikinci ali təhsilini də almışdır.
    Sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2001-ci ildən “ABC-Telecom” MMC-nin Baş direktoru vəzifəsində çalışıb.

    13 noyabr 2014-cü ildən 29 dekabr 2019-cu ilədək Sloveniya Respublikasının Azərbaycan Respublikasındakı Fəxri Konsulu olub.

    1 dekabr 2017-ci il tarixində Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri vəzifəsinə təyin olunub. Milli Məclisə deputat seçildikdən sonra bu vəzifədən istefa verib.

    9 fevral 2020-ci ildə keçirilmiş Milli Məclisə seçkilərdə 17 saylı Yasamal rayonu 3-cü Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilməsi ilə əlaqədar olaraq sahibkarlıq fəaliyyətinə son verib.
    Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərində sərbəst danışır. Ailəlidir, üç övladı var.

    Millət vəkili Elnur Allahverdiyevin feyzbuk sosial şəbəkəsində rəsmi səhifəsi: https://m.facebook.com/elnur.allahverdiyev78/
    Əlaqə: Deputat köməkçisi Rüstəm Qaraxanlı +99450 245-93-10


    Milli Məclisdə masallılıları kimlər təmsil edir – 7 DEPUTAT
    Razi Nurullayev
    79 saylı İmişli seçki dairəsindən millət vəkili seçilən Razi Qulaməli oğlu Nurullayev 1 aprel1971-ci ildə İmişli rayonu Xəlfələr kəndində anadan olub.

    Onun atası Hüseynov Qulaməli Masallı rayonunun Hacıtəpə kəndindəndir.

    Razi Nurullayev 1992-1997-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis-fransız dilləri pedaqoji fakultəsində ali təhsil alıb.
    2000-2005-ci illərdə Cənubi-Rusiya Humanitar İnstitutunun Hüquq fakultəsində ikinci ali təhsil alıb.
    2004-cü ildə Kanadanın Montreal şəhərində John Abbott Collecində Beynəlxalq İnsan Hüquqları Təlimi Proqramı üzrə tam kursu, 2009-cu ildə isə ABŞ-ın Nyu York şəhərində Kolumbiya Universitetində Beynəlxalq və Dövlət Siyasəti Məktəbi (Ford Motor Company International Fellowship of the 92nd Street Y Developing Community Leaders, 2009) ixtisasartırma kursunu bitirib.

    1994-cü ilin yanvar ayından 1995-ci ilin noyabr ayına qədər “ÇAĞ” qəzetində müxbir işləyib.
    1998-ci ildən 2001-ci ilə qədər "Baku Steel Company"-də menecer köməkçisi və tərcüməçi olub.
    10 sentyabr 1999-cu ildə yaradılmış Demokratik İslahatlar Uğrunda Cəmiyyətin (DIUC) 1999-cu ilin sentyabr ayından 2011-ci ilə qədər həmsədri olub.[4]
    2001-ci ilin iyun ayından 2002–ci ilin yanvar ayına qədər BelçikanınBrüssel şəhərində yerləşən Beynəlxalq Xəzər Araşdırmaları Mərkəzinin icraçı direktoru olub.[5][6]
    2001-ci ildən 2003-cü ilə qədər Azərbaycan Dillər Universitetində İngilis dilinin qramatikasından mühazirələr deyib.
    2002-ci ilin fevral ayından AMEA Beynəlxalq Münasibətlər İnstitutunda, 2003-cü ildən 2006-cı ilə qədər isə AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun «Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq» şöbəsində elmi işçi kimi fəaliyyət göstərib.
    2007-ci ildən 2012-ci ilə qədər Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının kordinatoru olub.
    2009-cu ilin sentyabr ayından 2015-ci ilin fevral ayına qədər Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin xarici məsələlər üzrə müavini olub.
    2012-ci ildənRegion Beynəlxalq Analitik Mərkəzinin (RBAM) sədridir.
    17 oktyabr 2015-ci ildə AXCP-nin qurultayı Razi Nurullayevi AXCP sədri seçib.

    2005-ci il Azərbaycan Respublikasının Milli Məclisinə III çağırış seçkilərdə8 saylı Binəqədi 1-ci seçki dairəsindən namizəd olub.
    2010-cu il Parlament seçkilərindəAXCP-Müsavat seçki blokunun23 saylı Nəsimi-Səbail SD-dən vahid namizədi olub.
    2018-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülüb.
    2020-cu il Parlament seçkilərində79 saylı İmişli SD-dən deputatlığa namizəd olmuş və 21.4 %-lə qalib gələrək Azərbaycan Respublikasının Milli MəclisininVI çağırış deputatı seçilib. Parlamentin "Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr" ilə "İnsan Hüquqları" komitəsinin üzvüdür.
    Azərbaycan, rus, ingilis, fransız, türk, alman, holland dillərində sərbəst danışır.

    Millət vəkili Razi Nurullayevin feyzbuk sosial şəbəkəsində rəsmi səhifəsi: https://www.facebook.com/razi.nurullayev
    Əlaqə: Deputat köməkçisi Vüqar Süleymanov +99450 247-87-77
    Cəfər Cəfərov, Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər