Vüqar Səfərlinin restoranı cərimələndi - Karantin qaydalarını pozduğuna görə

Vüqar Səfərlinin restoranı cərimələndi - Karantin qaydalarını pozduğuna görə
  • Araşdırma / Cəmiyyət

  • İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqlərı davam etdirir.

    Asiya.az
    xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında bildirilir.

    Məlumatda həmçinin deyilir ki, sentyabrın 9-da keçirilən monitorinqlər zamanı Xətai rayonunda “Kamil market”də, “Çırağan ailəvi restoran”da, “Berlin pub”da, “50 qəpik restoran“da, “Şahin kafe”də, Xəzər rayonunda “Nar market”də, “Ozan kafe”də, “Bağ restoranı”nda, “Elit kafe”də, “Zeytun kafe”də, Qaradağ rayonunda Nahid Mahmudova, Çinarə Əmirxanovaya, Ramil Feyziyevə məxsus ərzaq mağazalarında, Binəqədi rayonunda “Taksim Kabab”da, “333 kafe”də, “Ordubad süfrəsi” iaşə obyektində, “Zanbaq restoran”da, “Zeytun bağı restoranı”nda, Suraxanı rayonunda “Oba market”də, Mehriban Əsədovaya, Zülfiqar Şamilova, Qalib Məmmədova məxsus pərakəndə ticarət obyektlərində, Sabunçu rayonunda “Ayxan market”də, “Zümrüd qızıl mağazası”nda, Şamil Famiyevə məxsus oyuncaq mağazasında, Nərimanov rayonunda “Merbi geyim mağazası”nda, “Era mebel mağazası”nda, “Qədir xum kafe”də, “Tonqal restoranı”nda, Səbail rayonunda “Night pub”da, “Antrikot restoran”da, “İl patio restoran”da, “KFC-Fontanlar meydanı”nda, Nizami rayonunda Yousef Manzoriostada, Roza Mirzəyevaya, Zöhrab Hacıyevə, Nail Loğmanova məxsus mağazalarda, Yasamal rayonunda “Netto market”də, “1001 inşaat təsərrufat mağazası”nda, “Moskva house restoran”da, “Adana dönər”də, “Suşi yakudza”da, Nəsimi rayonunda “AFKO ayaqqabı” mağazasında, “Mehri shop”da, “Kabab club”da, “Zeytun aptek”də, Sumqayıt şəhərində “Chanel+ ətriyyat mağazası”nda, Nəsib Həşimova, Fail Mehralıyevə, Zaur Rəhimova, Əhəd Mehrəliyevə, Vahid Şəkərova məxsus pərakəndə ticarət obyektlərində, Abşeron rayonunda Natiq Hüseynova, Abisət Əlimanova, Əlican Əlicanova məxsus mağazalarda, Feyzulla Müslümova, Rəşid Kazımova, Xəyal Mikayılova məxsus kafelərdə, ümumilikdə, 120 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

    Qeyd edək ki, nöqsanlara yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

    Asiya.az Tia.az-a istinadən xəbər verir ki, protokol yazılan və cərimələnən restoranlar arasında KİVDF-nin keçmiş rəhbəri Vüqar Səfərliyə məxsus, Xətai rayonunda yerləşən “Çırağan ailəvi restoran”ı da var.
    PAYLAŞ:

    Oxşar xəbərlər