Daha bir jurnalist ATV-dən getdi – Vəzifə verilib

Daha bir jurnalist ATV-dən getdi – Vəzifə verilib
  • Sosial

  • Jurnalist Elvin Dəmirli ATV-dəki işindən ayrılıb.

    Asiya.az
    -ın xəbərinə görə, bu barədə E.Dəmirli özü məlumat verib.

    “Öz istəyimlə 10 ildən artıq çalışdığım ATV Telekanalı, ATV XƏBƏR kollektivi ilə yollarımı ayırdım. Məni tanıyanlar bilir ki, bu müdət ərzində ATV XƏBƏRin inkişafı üçün bacardığım, əlimdən gələn hər şeyi etdim. Günümün xeyli hissəsini keçirdiyim ATV mənə yaxşı dostlar qazanmaqda, əlaqələri inkişaf etdirməkdə çox kömək oldu. Neynəmək olar, qismət belə imiş. Orada bir vaxtlar çalışmış,indi isə müxtəlif vəzifələrdə işləyən və mənim jurnalist kimi yetişməyimdə dəstək olan, eyni zamanda hazırda da ATV-də çalışan hər kəsə,həmkarlarıma sonsuz təşəkkürümü bildirirəm. Haqqınızı Halal edin !!! Bu gündən etibarən isə fəaliyyətimi keçmiş həmkarım Günel Bəhramqızı ilə birlikdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Maarifləndirmə sektorunda davam etdirəcəm. Yeni iş yerimdə də bacarığımın ən yaxşısını etməyə çalışacam. Əziz jurnalist həmkarlarım və dostlar. Qurumun fəaliyyəti ilə bağlı suallarınız olarsa cavablanırmağa hazırıq. Göstərəcəyiniz dəstək üçün hər birinizə sonsuz təşəkkürümü bildirirəm” – jurnalist bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər