Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərar qüvvəyə mindi - SİYAHI

Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərar qüvvəyə mindi - SİYAHI
  • Siyasət / Manşet

  • Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərarı qüvvəyə minib.

    Asiya.az
    xəbər verir ki, Nazirlər Kabinetindən verilən xəbərə görə, qərara əsasən 2020-ci il 14 sentyabr saat 06:00-dan etibarən:

    - Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir;

    - Sentyabrın 30-dək digər ictimai nəqliyytat növləri kimi şənbə və bazar günləri Metropolitenin sərnişindaşıma fəaliyyətinə fasilə verilir;

    - Çimərliklərdə ictimai-iaşə obyektlərinin fəaliyyətinə icazə verilir.

    Sentyabrın 30-dək ölkə üzrə xüsusi karantin rejimi tətbiq edilmiş ərazidə aşağıdakı sahələrdə tətbiq olunan məhdudiyyətlər saxlanılır:

    - yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxış;

    - ölkənin şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaları;

    - "ASAN xidmət” və "DOST” mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu;

    - dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi;

    - bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsi (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının oyunlarının keçirilməsi istisna olmaqla);

    - tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili;

    - ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşə;

    - istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti;

    - muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyəti;

    - iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların və ictimai iaşə məkanlarının fəaliyyəti;

    - ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə;

    - tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti;

    - idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

    - masaj və hamam xidmətlərinin göstərilməsi;

    Əlavə olaraq sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində həmçinin aşağıdakı məhdudiyyətlər tətbiq edilir:

    - nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması;

    - ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmətin dayandırılması, qəlyan avadanlıqlarından istifadənin və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmağın qadağan edilməsi;

    - 10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən tədris və repetitor xidmətlərinin həyata keçirilməsi;

    - çimərliklərin ərazisində hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyəti;

    - 2020-ci il 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək, 26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması.

    Bu Qərarda qeyd edilmiş mədudiyyətlər istisna olmaqla bütün iş, xidmət və digər sahələrdə fəaliyyətə icazə verilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər