Siyavuş Novruzov YAP-da daha bir vəzifəsini itirdi

Siyavuş Novruzov YAP-da daha bir vəzifəsini itirdi
  • Siyasət / Manşet

  • Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasında (YAP) daha bir vəzifəsini itirib.

    Asiya.az
    xəbər verir ki, bu barədə "Report”a partiyadakı mənbə məlumat verilib.

    Bildirilib ki, yaxın günlərədək S.Novruzov partiyanın Təşkilat şöbəsinin müdiri olub: "O, vəzifəsindən azad edilib, həmin vəzifəyə YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov təyin olunub”.

    Qeyd edək ki, avqustun 25-də Siyavuş Novruzov partiyanın İcra katibinin müavini postundan azad edilmişdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər