Qənirə Paşayeva Türk aydınlarına və gənclərinə çağırış edib

Qənirə Paşayeva Türk aydınlarına və gənclərinə çağırış edib
  • Siyasət

  • Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Biz türklərik! Çadırımız göy qübbəsi” adlı kitabın təqdimatında Türk aydınlarına və gənclərinə çağırış edib.

    Asiya.az
    xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Sahibkarlar Konfederasiyasının layihəsi əsasında işıq üzü görən, türk xaqanlıq tarixinə həsr olunan “Biz türklərik! Çadırımız göy qübbəsi” adlı kitabın Azərbaycanda Atatürk Mərkəzinin təşkilatçılığı ilə "Zoom" üzərindən keçirilən "onlayn təqdimatı"nda iştirak edib, kitab haqqında fikirlərini bolüşüb. Millət vəkili təqdimatın 15 sentyabr - Qafqaz Türk-İslam Ordusu Azərbaycana gəldiyi - Azərbaycanın igid oğulları ilə birlikdə Bakını erməni daşnakları və bolşeviklərdən xilas etdiyi günün ildönümundə keçirilməsindən məmnunluğunu bildirib. Qənirə Paşayeva hazırlanan kitabın türk dünyasında birlik ruhunun daha da güclənməsi üçün böyük önəm daşıdığını vurğulayıb. - "Nuru Paşanın komandanlığı ilə Qafqaz Türk-İslam Ordusu daim ehtiramla xatırlanıb, bundan sonra da xatırlanacaq. Biz həmişə onların ruhları qarşısında baş əyir, xatirələrini dərin hörmətlə anırıq. Bu, Türkiyə-Azərbaycan qardaşlığının ən bariz örnəyidir” - deyən millət vəkili, Ümummilli lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Prezident İlham Əliyevin “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” kəlamlarını xatırladıb. Komitə sədri qeyd edib ki, Azərbaycan-Türkiyə qardaşlıq bağlarının daha da güclənməsi yönündə aparılan dövlət siyasəti, günümüzdə özünün yeni yüksək zirvəsinə çatmaqdadır.

    Q.Paşayeva gələcəyimizin qurucusu olacaq gənc nəslin nümayəndələrini ortaq tariximizi dərindən öyrənməyə və təbliğ etməyə çağırıb. Məktəblərdə 8-ci sinif şagirdləri üçün ortaq "Türk tarixi" dərsliklərinin hazırlanmasından çox şad olduğunu deyən Komitə sədri, bu dərsliklərin gənclərimizin ortaq tariximizi dərindən öyrənməsinə kömək edəcəyini deyib:

    "Ortaq keçmişdən ortaq gələcəyə aparan yolda hər kəsə uğurlar diləyirəm! Tariximiz, bugünümüz və gələcəyə baxışımızı məzmunu gələcək uğurlarımızı şəkilləndirən əsas amillərdir".
    PAYLAŞ:

    Oxşar xəbərlər