“Kaspi” Təhsil sisteminin özü bir növ FETÖ təhsil sisteminin oxşarıdır” – ƏLİ HƏSƏNOV HAQDA RƏYLƏR

“Kaspi” Təhsil sisteminin özü bir növ FETÖ təhsil sisteminin oxşarıdır” – ƏLİ HƏSƏNOV HAQDA RƏYLƏR
  • Siyasət / Manşet

  • "Kaspi” Təhsil sisteminin özü bir növ FETÖ təhsil sisteminin oxşarıdır”.

    Asiya.az
    xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında Türkiyə mətbuatının Prezidentin sabiq köməkçisi Əli Həsənovun FETÖ ilə əlaqələrinin olması haqda yazdıqlarına münasdibət bildirərkən ADP sədri Sərdar Cəlaloğlu deyib:

    “Kaspi” Təhsil sisteminin özü bir növ FETÖ təhsil sisteminin oxşarıdır” – ƏLİ HƏSƏNOV HAQDA RƏYLƏR

    "Uzun müddət Azərbaycanda digərlərilə yanaşı Əli Həsənovun da FETÖ ilə əlaqəli olması ilə bağlı çoxsaylı materiallar dərc olunub. Azərbaycanda ümumiyyətlə FETÖ ilə əlaqəsi olan adamların sayı kifayət qədərdir. Bir vaxtlar çoxları hakimiyyətə gəlmək, yüksək vəzifə tutmaq, deputat olmaq üçün FETÖ-nün güc və yardımından istifadə etmək üçün az qala yarışa çıxmışdılar.

    Bu baxımdan Əli Həsənovun da FETÖ ilə hər hansı bir əlaqəsinin olduğunu düşünmək olar. Azərbaycanda Əli Həsənovun ailəsinə bağlı "Kaspi” Təhsil sisteminin özü bir növ FETÖ-nün təhsil sisteminin oxşarıdır. Türkiyə kəşfiyyat orqanlarının Azərbaycanda kimlərin FETÖ-çü olduğu barədə ciddi məlumatları var.

    Əli Həsənovun siyasi mövqeyində 5-6 il əvvəl dəyişiklik olduğunu hiss etdim. Əvvəllər o Rusiyanın ölkəmizdəki qrupuna daxil idi, sonradan bir vaxt gördüm ki, onda antirus mövqeyi formalaşıb və Türkiyənin mövqeyinə yaxınlaşıb. Görünür, bu fonda da FETÖ ilə əlaqələr qurub. O, bu əlaqəni FETÖ ilə qurubsa, "yağışdan çıxıb, yağmura düşmək” məsələsində olduğu kimi daha pisdir”.


    "Bunun düzgünlüyünü sonrakı gedişat göstərəcək”


    “Kaspi” Təhsil sisteminin özü bir növ FETÖ təhsil sisteminin oxşarıdır” – ƏLİ HƏSƏNOV HAQDA RƏYLƏR

    Bu sözlər isə Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadəyə məxsusdur: "Bu xarici ölkələrin mətbuat orqanlarının birində çıxan yazıdır. Nə dərəcədə düzgün olduğunu isə artıq sonrakı gedişat göstərər”


    "Bu mənə aid olmayan bir mövzudur”


    “Kaspi” Təhsil sisteminin özü bir növ FETÖ təhsil sisteminin oxşarıdır” – ƏLİ HƏSƏNOV HAQDA RƏYLƏR

    Belə bir açıqlama ilə isə siyasi şərhçi Azər Həsrət çıxış edib: "Düşünürəm ki, bu məsələyə Əli Həsənovun özü aydınlıq gətirsə daha məqsədəuyğun olar. Nə Əli Həsənovun vəkili olmamışam, nə də onun kimlə oturub durduğundan xəbərim yoxdur. Üstəlik FETÖ ilə bağlı məsələlərdə Türkiyədə hansı proseslərin baş verdiyini biz də görürük”.
    PAYLAŞ:

    Oxşar xəbərlər