Daşkəsən rayon İcra Hakimiyyətindən təkzib

Daşkəsən rayon İcra Hakimiyyətindən təkzib
  • Sosial

  • “Kanal13” youtube internet kanalının “Bumeranq” verilişində 17.09.2020-ci il tarixdə yayımlanan “Masallının “KRAL”ı Əhəd Abıyevin TOPDAĞITMAZ NƏHƏNG SƏRVƏTİ: Hotellər, restoranlar, lüks villalar...” başlıqlı Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevlə bağlı əsassız, qərəzli, uydurulmuş, heç bir həqiqətə uyğun olmayan, tam yalan məlumatlardan ibarət videoya münasibət olaraq bildiririk ki, bu qarayaxma kampaniyasının araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Dövlət Təhlükəsizlik Xidmətinə tərəfimizdən müraciət edilmişdir.

    Bilərəkdən məkrli niyyətlə aparıcı Arzu Sayadoğlunun təqdimatında hazırlanmış şər-böhtan xarakterli məluatları özündə ehtiva edən qərəzli video ilə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin işgüzar nüfuzunu ləkələməyə çalışırlar. Birmənalı olaraq bildiririk ki, ictimai fikri çaşdıran bu videodakı məlumatların heç bir əsası yoxdur, tamamilə yalandır, uydurma və şayiədir. Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və layəqətini ləkələmək hüququ vermir.

    Kütləvi informasiya vasitələri ilə Baş prokuror hörmətli Kamran Əliyevdən və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi hörmətli Əli Nağıyevdən xahiş edirik ki, bu qarayaxma kampaniyasına hüquqi qiymət verilsin, bilərəkdən yalan məlumat yayan “Kanal13” internet kanalı barəsində qanunamüvafiq tədbir görülsün, təhqir və böhtan xarakterli məlumat yayanlar məsuliyyətə cəlb edilsin.


    Daşkəsən Rayon
    İcra Hakimiyyəti
    PAYLAŞ:

    Oxşar xəbərlər