Asiya.az xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi Novella Cəfəroğlu Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun ev dustaqlığına buraxılması haqda danışarkən deyib.
O bildirib ki, Tofiq Yaqublu ilə bağlı verilən qərar düzgün və ədalətli oldu:
"Tofiq Yaqublunun azadlığa buraxılacağına şübhəm yox idi. Çünki onun bu məsələdə heç bir günahı yoxdur. Tofiq mərd, vətənpərvər, Azərbaycanı sevən insandır. O nəinki qadına, heç kişiyə belə əl qaldırmaz. Mən onu yaxşı tanıyıram. Bu mənada məhkəmənin qərarını ədalətli və düzgün hesab edirəm.