Rusiyanın ən varlı dövlət qulluqçuları və deputatları - SİYAHI

Rusiyanın ən varlı dövlət qulluqçuları və deputatları - SİYAHI
  • Dünya, Manşet

  • Rusiyanın ən varlı dövlət qulluqçuları və deputatlarının reytinqi hazırlanıb.

    "Forbes”in hazırladığı reytinqə Saxalin vilayət dumasının deputatı Dimitri Paşov liderlik edir. Onun gəliri 6,2 milyard rubl təşkil edib.

    İkincisi yerdə 5,4 milyard rubl gəliri olan Kamçatka vilayəti qanunverici məclisinin deputatı İqor Yevtuşok, üçüncüsü yerdə isə Çelyabinsk vilayətinin qanunverici məclisinin deputatı Konstantin Strukov qərarlaşıb. Onun gəliri 5,05 milyard rubl qiymətləndirilir.

    Federasiya Şurasının üzvü Valeri Ponomaryov 2,79 milyard rubl gəlirlə dördüncü, Maqadan vilayət dumasının millət vəkili Aleksandr Basanski isə 2,73 milyard rublla beşinci olub.

    İlk onluğa həmçinin, Rusiya Dövlət Dumasının deputatı Qriqori Anikeyev (2,3 milyard rubl), Moskva şəhər dumasının sədri Aleksey Şapoşnikov (1,95 milyard rubl), "Rostex” dövlət korporasiyasının baş direktoru Sergey Çemezov (1,91 milyard), Ryazan vilayət dumasının deputatı Stanislav Podol (1, 7 milyard), eləcə də Volqoqrad vilayət dumasının millət vəkili Oleq Savçenko (1,6 milyard) daxildir.
    PAYLAŞ:

    Oxşar xəbərlər