Daşla Bakı sakininin başına vurub pulunu aldılar

Daşla Bakı sakininin başına vurub pulunu aldılar
  • Hadisə

  • Bakının Binəqədi rayonunda dünən 52 yaşlı kişi quldurluğun qurbanı olub.

    Asiya.az
    xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

    İlkin məlumatlara görə, Rəsulzadə kəndində iki naməlum şəxs 1968-ci il təvəllüdlü Etibar Ramazanova hücum edərək, daşla başına vurublar, nəticədə kişi huşunu itirib.

    Cinayətkarlar onun mobil telefonunu və 75 manatını aparıblar.

    Hücum edən şəxslərin kimliyi hələ müəyyən edilməyib. Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları bu istiqamətdə işləyirlər.

    Qeyd edək ki, sentyabr ayının əvvəlindən bəri paytaxtda hələ üstü açılmayan iki quldurluq hadisəsi törədilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər