"Fənərbaxça" Sanqareni transfer etdi

"Fənərbaxça" Sanqareni transfer etdi
  • İdman

  • "Fənərbaxça" növbəti transferini reallaşdırıb.

    Asiya.
    az klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Antalyaspor"un sağ cinah müdafiəçisi Nazim Sanqareni transfer edib. Türkiyə millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb.

    "Sarı-lacıvərdlilər" bu keçid üçün 1,75 milyon avro təzminat ödəyib. "Fənərbaxça" qarşı tərəfə oyunçu verəcək və növbəti satışdan "Antalyaspor"a pay düşəcək.

    Nazim 2017-ci ildə Almaniyanın "Osnabrük" klubundan "Antalyaspor"a keçib. 26 yaşlı futbolçu ötən mövsüm keçirdiyi 24 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər