Şəmkirdə erməni hərbi PUA-sı vuruldu

Şəmkirdə erməni hərbi PUA-sı vuruldu
  • Manşet / Olay

  • Sentyabrın 20-də saat 23:15 radələrində Azərbaycanın qərb zonasında, Şəmkir rayonu ərazisində güclü partlayış səsi eşidilib.

    Asiya.az
    xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

    Bildirilib ki, həmin vaxt ardıcıl iki güclü partlayış səsi duyulub.

    Yayılmış qeyri-rəsmi məlumatlara görə, qeyd edilən saatda Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı – PUA Azərbaycan hərbi qüvvələri tərəfindən məhv edilib.

    Vurulan PUA əraziyə düşərək partlayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər