“Xidmət demək olar ki, yox səviyyədədir” – Əliməmməd Nuriyev “Beynəlxalq Bank”-dan yazdı

“Xidmət demək olar ki, yox səviyyədədir” – Əliməmməd Nuriyev “Beynəlxalq Bank”-dan yazdı
  • Sosial, Araşdırma

  • "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev öz feyzbuk hesabında “Beynəlxalq Bank”ın Hyatt Recens hotelində yerləşən “Abşeron Filial”ında xidmətin aşağı səviyyədə olması barədə post paylaşıb.

    Asiya.az
    xəbər verir ki, Əliməmməd Nuriyev öz gileyini belə ifadə edib:

    “50 dəqiqədir ki, “Beynəlxalq Bank”ın Hyatt Recens hotelində yerləşən “Abşeron Filial”ında xidmət almaq üçün növbədəyəm. Xidmət demək olar ki, yox səviyyədədir. Bir çoxlarına demək olar ki, növbə gözləmədən filialın işçisi və yaranar şəxsin mühafizəsinin himayəsi ilə xidmət alır.

    Bəzən elə olur ki, xidmət göstərən şəxs dəqiqələrlə telefonda danışır. Xidməti həyata keçirən bank əməkdaşının xidmət stolunun kimə xidmət göstərirsə onun nömrəsi yazılmır
    Ancaq ümümü növbə göstərən lövhə yanır.

    Olduğum müddət ərzində hətta bəzi xidmət göstərən stullarda heç kəsə xidmət göstərilməyib. Elə müştəri var ki burada səhər saat 09.40 burada növbədə olmasına baxmayaraq xidmət almayıb və heç bir izahat da verilmir!!
    BİR SÖZLƏ XİDMƏT BƏRBAD ƏZİYYƏTDƏ!
    “Xidmət demək olar ki, yox səviyyədədir” – Əliməmməd Nuriyev “Beynəlxalq Bank”-dan yazdı
    PAYLAŞ:

    Oxşar xəbərlər