Azərbaycanda nişanlı qız intim fotoları ilə şantaj olunur - FOTO

Azərbaycanda nişanlı qız intim fotoları ilə şantaj olunur - FOTO
  • Kriminal

  • Azərbaycanda daha bir xanım şantajla üzləşib.

    Asiya.az
    xəbər verir ki, şantajla dolu yazışmaları əks etdirən görüntülər sosial şəbəkədə paylaşılıb. Hədələrə əl atan şəxsin adı açıqlanmayan xanımın keçmiş nişanlısı olduğu bildirilir.

    Qadın ondan ayrılıb, başqa şəxslə nişanlansa da narahat edilir. "Keçmiş şəkillərindən götürüb bir iki nəfərə atıb. Zəng edir, yazır. Xanım artıq bezib, nişanlısına şikayət edib. İndi onu şantaj edir ki, səni öldürəcəm, şəkillərini yayacam. Bu xanım intihar etməyi düşünür. Xahiş edirəm aidiyyətli qurumlarla əlaqəli şəxslər mənə kömək etsin. Nişanlısı və ya ailəsi bilsə, onu öldürəcəklərini deyir. Xanımı ölkəyə rüsvay edəcəyi ilə bağlı şantaj edir".

    Xatırladaq ki, bir neçə gün öncə Bakıda 27 yaşlı ibtidai sinif müəllimi Naidə İsayeva özünü hündürmərtəbəli binadan ataraq intihar edib. İddiaya görə, gənc qadın əvvəldən tanıdığı şəxs tərəfindən qeyri-etik şəkillərinin internetdə yayılacağı ilə bağlı şantaj olunub. İbtidai sinif müəlliminin intihar etməsinə səbəb də məhz bu amil olub.

    Azərbaycanda nişanlı qız intim fotoları ilə şantaj olunur - FOTO
    Azərbaycanda nişanlı qız intim fotoları ilə şantaj olunur - FOTO
    Azərbaycanda nişanlı qız intim fotoları ilə şantaj olunur - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər