Məktəblilərin “iş dəftəri” problemi - FOTO

Məktəblilərin “iş dəftəri” problemi - FOTO
  • İqtisadiyyat

  • Bu tədris ilində Azərbaycanda ibtidai sinif şagirdləri üçün yaranmış problemlərdən biri də “iş dəftər”ləri ilə bağlıdır.

    Asiy.az
    xəbər verir ki, ilk növbədə qeyd edək ki, bu il digər illərdən fərqli olaraq “iş dəftər”lərini valideynlər pul ilə almalıdır. Yeniliklərdən biri də budur ki, həmin vəsaitlər ancaq poçt məntəqələrində satılır.

    Baku.Ws-in “qaynar xətt”inə edilən çoxsaylı şikayətlərdə bildirilir ki, ibtidai siniflər üçün hazırlanan həmin vəsaitləri tapmaq müşkülə çevrilib. Belə ki, paytaxtın bəzi kənd və qəsəbələrində poçt məntəqələri fəaliyyət göstərmir. Mövcud poçtlarda da “iş dəftər”lərini tapmaq mümkün deyil.

    Poçt məntəqələrindən BAKU.WS-ə bildirilib ki, yetərincə vəsait verilmədiyinə görə artıq “iş dəftər”ləri bitib. İndi dəftərlərin yeni partiyasının gətirilməsi gözlənilir. Lakin həmin vəsaitlərin nə zaman gətiriləcəyi barədə məlumat verilməyib.

    Qeyd edək ki, ölkə prezidenti İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncama əsasən, orta məktəblərdə şagirdlər tərəfindən istifadə olunan bütün dərs vəsaitləri dövlət tərəfindən pulsuz olaraq verilir.

    Həmin dərs vəsaitində şagirdin keçdiyi mövzunu mənimsəməsi üçün bütün suallar və tapşırıqlar var.

    Ekspertlər də yeni qərarın absurd olduğunu bildirirlər. Təhsil üzrə ekspert Kamran Əsədov Baku.Ws-ə açıqlamasında bildirib ki, dünya təcrübəsində də iş dəftəri kimi əlava vəsaitlər arzuolunan deyil.

    “Çünki bu, şagirdlərin əlavə yüklənməsinə səbəb olur. Ümumilikdə isə hesab edirəm ki, iş dəftərlərinin məcburi tələb olunması sadəcə olaraq kimlərinsə şəxsi maraqlarına xidmət edir. 2010-cu ilə qədər iş dəftərlərinin istifadəsi bu qədər geniş hal almamışdı.

    Həmin zamanla müqayisə etsək, şagirdlərin bilik və bacarıqlarında elə bir fərqin olmadığını görərik”, - deyə ekspert bildirib.

    K.Əsədov deyir ki, məktəblilər üçün nəzərdə tutulan “iş dəftərləri”nin qiyməti olduqca bahadır.

    “Düşünürəm ki, qiymətlərin yüksək olmasının başlıca səbəbi marketinq xərclərinin düzgün hesablanmamasıdır. Bir iş dəftərinin maksimum qiyməti 1 manatı keçə bilməz. Çünki çap xərcləri buna imkan yaradır.

    Ekspert hesab edir ki, iş dəftərlərindən birdəfəlik imtina etmək lazımdır:

    "Çünki bunların heç birinin təhsilin müsbət yöndə inkişafına təsiri yoxdur. Adicə olaraq kurikulumun başlıca tələbi ondan ibarətdir ki, şagirddə nitq mədəniyyəti, danışıq qabiliyyəti yüksək səviyyədə olsun. Sadaladığımız bu ləvazimatlar isə uşaqları bu bacarıqlardan məhrum edir".
    K.Əsədov dərs vəsaitlərinin qiymətləri haqqında da danışıb:

    "Təhsil Xidmətləri araşdırma mərkəzi olaraq paytaxt Bakıda kitab, məktəb ləvazimatları satışı həyata keçirilən yerlərdə apardığımız monitorinqlər zamanı ortaya çıxan qiymətlər keçən illərlə müqayisədə artıb".

    Qeyd edək ki, hazırda ibtidai sinif şagirdləri üçün tələb olunan bəzi iş dəftərləri və testlərin qiymətləri belədir:

    4-cü sinif üçün Azərbaycan dili və riyaziyyatdan iş dəftəri: 5,50 AZN

    2-ci sinif üçün yarpaq test: 3,50 AZN

    1-ci sinif üçün sinifdən xaric oxu: 3,50 AZN

    4-cü sinif üçün qiymətləndirmə: 4 AZN

    4-cü sinif testləri: 2,80 AZN

    Ekspert deyir ki, iş dəftərlərinin sayının çox olması təkcə ailə büdcəsinə deyil, həmçinin uşaqların gündəlik vəsaitləri daşımasına da ağırlıq edir.

    “Qeyd etdiyim kimi gündə ən azı 5-6 fənn keçən şagirdlər də məktəbə gedib-gələn zaman bu ağırlığı qaldırmaq məcburiyyətində olurlar. Müşahidələrimiz əsnasında onu deyə bilərik ki, çox ağır olduğu üçün əksər hallarda valideynlər övladlarının çantalarını özləri daşımalı olur”.

    Məktəblilərin “iş dəftəri” problemi - FOTO
    Məktəblilərin “iş dəftəri” problemi - FOTO
    Məktəblilərin “iş dəftəri” problemi - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər