Mesajınızı başqasına göndərə bilməsinlər deyə bunu edin - “Whatsapp”dan YENİLİK

Mesajınızı başqasına göndərə bilməsinlər deyə bunu edin - “Whatsapp”dan YENİLİK
  • Sosial

  • Artıq mesaj göndərərkən onun digər şəxslərə yönləndirilməməsini təmin edə biləcəksiniz. "WhatsApp"ın yaradıcıları müvəqqəti media ismarıclar adlı yeni funksiya üzərində işləyirlər.

    Asiya.az
    Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə "WeBetaInfo" portalı məlumat verib. Yeniləmədən sonra istifadəçilər ismarıcı oxuyub çıxdıqdan sonra fayl dərhal yox olacaq. Yoxa çıxan mesajlar adi mesajlardan qrafik olaraq fərqli olacaq ki, istifadəçilər onları qarışdırmasınlar.

    Funksiya informasiyanın 3-cü adama ötürülməməsi üçün nəzərdə tutulub. Yenilik artıq Android tətbiqlərinin beta versiyasında mövcuddur. Qlobal versiyanın nə zaman təqdim edildiyi tarix hələki açıqlanmır. Lakin belə funksiyanın üzərində işin 2019-cu ilin dekabrından başlandığını məlumat vermişdilər.
    PAYLAŞ:

    Oxşar xəbərlər