Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi vebinar keçirdi - FOTOLAR

Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi vebinar keçirdi - FOTOLAR
  • Sosial

  • Sentyabr ayının 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi “İcbari tibbi sığorta sağlamlığınızın qarantıdır” mövzusunda ZOOM proqramı vasitəsi ilə vebinar keçirib.

    Asiya.az
    xəbər verir ki, vebinarda Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri, dosent Rəsmiyyə Abdullayeva giriş sözü ilə çıxış edərək icbari tibbi sığortanın əhəmiyyəti haqqında ətraflı məlumat verib.

    Vebinarda dos. Allahyar Muradov “İcbari tibbi sığorta: dünya təcrübəsi”, tədqiqatçı Mələk Əliyeva “Azərbaycanda icbari tibbi sığortanın tətbiqi” mövzusunda çıxışlar ediblər. Çıxışlardan sonra məruzəçilər icbari tibbi sığortanın əhəmiyyəti, üstünlükləri, dünya təcrübəsi, Azərbaycanda formalaşması xüsusiyyətləri ilə bağlı sualları cavablandırıblar.
    Vebinarda Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin üzvləri ilə yanaşı, ziyalılar, müxtəlif ali məktəblərin (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Mingəçevir Dövlət Universiteti və s.) tələbə və müəllimləri, KİV-lərin, qeyri-kökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
    Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi vebinar keçirdi - FOTOLAR
    Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi vebinar keçirdi - FOTOLAR
    Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi vebinar keçirdi - FOTOLAR
    Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi vebinar keçirdi - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər