Masallıda ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirilib

Masallıda ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirilib
  • Cəmiyyət / Manşet

  • Masallıda ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirilib

    Asiya.az
    xəbər verir ki, Sentyabrın 26-da Masallı şəhər Heydər Əliyev Mərkəzində yüksək balla ali təhsil məktəblərinə qəbul olmuş tələbələrlə görüş keçirilib.
    Pandemiya dövrünün tələblərinə uyğun ara məsafəsi gözlənilməklə təşkil olunan görüşdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tələbə adını qazanan gəncləri təbrik etmiş, onlara təhsildə və gələcək müstəqil həyatda uğurlar arzulamış, yüksək bilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə, əsl vətəndaş kimi xidmət göstərməyi tövsiyə etmişdir.

    Rayon rəhbəri bildirib ki, qazanılan uğurlar hər şeydən əvvəl özünü ali məktəblərə qəbulun dinamikasında, yüksək bal toplayan tələbələrin sayının artmasında göstərir.
    Qeyd edək ki, 2019-2020-ci tədris ilində məktəbi bitirənlərin sayı 1352 nəfər olmuşdur. Onlardan 573 nəfər ali məktəblərə qəbul imtahanında iştirak etmişdir ki, bunlardan 331-i oğlan, 242-i qızdır. 27 şagird ali məktəblərə qəbul imtahanlarında 600 baldan yuxarı, 75 şagird 500-600 bal arası nəticə göstərmişdir.

    Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova, Masallı rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov çıxış edərək tələbə adını qazanan, bu sevinci yaşayan hər kəsi, valideyn və müəllimləri təbrik edib, onlara yeni başladıqları tələbə həyatında uğurlar, nailiyyətlər arzuladılar. Qeyd etdilər ki, onlar tələbə həyatında fəallıqları və təhsilləri ilə Azərbaycan Respublikasına layiq vətəndaş olsunlar, Masallının başını həmişə uca etsinlər.

    Yüksək bal toplayıb tələbə adını qazanan Azər Ramazanlı, Məhəmməd Abbaszadə, Günay Musayeva, Sevinc Ağayeva, Aydan Ağazadə, Fatimə Bağışova, Fidan Zeynallı, Hüseyn Səmədov, Ləman Məmmədova, Aygün Əliyeva, Yusif Həmzəyev, Nəzrin Hüseynova və başqaları çıxış edərək müasir təhsilin nailiyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildirdilər.

    Görüşdə təhsildə fərqlənmiş, qəbul imtahanlarında 600 baldan yüxarı nəticələr əldə edərək ali məktəblərə qəbul olunmuş məzunlar mükafatlandırılıb.
    Tədbirdə çıxış edən rayon rəhbəri onu da qeyd etdi ki, 2019-ci ildə 2018-cı ilə nisbətən ali məktəblərə qəbul sayının artması həm rayonumuzda təhsilə olan marağın güclənməsindən həm də dövlətimizin təhsilə, gələcəyimiz olan siz gənclərə diqqət və qayğısının gündən-günə daha da artırılmasından irəli gəlir. Belə ki, 2019-cu tədris ilində 600-700 bal arası toplayan 25 nəfər idisə, 2020-ci ildə bu rəqəm 27 nəfər olmuşdur. Onlardan 15-i oğlan, 17-i qızdır. Əlbəttə, bu, sevindirici haldır.

    Yekunda rayon rəhbəri bir daha tələbə adını qazanmış gəncləri, yüksək bal toplayaraq fərqlənənləri təbrik etmiş, bu gözəl sevincin hər bir ailəyə qismət olmasını, daha da çoxalmasını qeyd etmişdir.

    Tələbələrlə səmimi söhbət edən rayon rəhbəri, Milli Məclisin deputatları bir daha təbriklərini çatdırdı, təhsillərinin növbəti mərhələsində onlara müvəffəqiyyətlər arzuladı, ümidvar olduğunu bildirdilər ki, ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı və tərəqqisi naminə görülən işlərə öz layiqli töhfələrini verəcəklər.

    Tədbirin yekununda 500 və ondan yuxarı bal toplayan tələbələrə Masallı Rayon İcra Hakimiyyəti başçısının, Milli Məclis deputatlarının, ATİAHİ Masallı rayon komitəsinin, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin Fəxri fərman və hədiyyələri təqdim olunmuşdur.

    Daha sonra tələbələr Masallı şəhər Heydər Əliyev Mərkəzinin qarşısında xatirə şəkli çəkdirdilər.

    Qeyd edək ki, Masallı şəhər Heydər Əliyev Mərkəzində ali məktəblərə qəbul olmuş 102 tələbə ilə görüş pandemiya dövrünün tələblərinə uyğun olaraq ara məsafəsi gözlənilməklə 3 mərhələdə keçirilib.
    Masallıda ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirilib
    Masallıda ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirilib
    Masallıda ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirilib
    Masallıda ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirilib
    Masallıda ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirilib
    PAYLAŞ:

    Oxşar xəbərlər